970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir

Azərbaycanda POS komissiyaları niyə bahadır? Mərkəzi Bank əsas səbəbi açıqladı. Mərkəzi Bank: Visa və Mastercard son illərdə tariflərini kəskin artırıb. Visa və Mastercard ilə tarif danışıqları başlayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank  Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq ödəniş təşkilatları Visa və Mastercard tərəfindən son illərdə tariflərin əhəmiyyətli dərəcədə artırılması Azərbaycanda bankların xərclərinin yüksəlməsinə səbəb olub.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, ölkədə nağdsız ödənişlərin qəbulu üzrə komissiyaların yüksək olması yalnız kommersiya banklarının tarif siyasəti ilə əlaqəli deyil.

Mərkəzi Bankın sədri bildirib ki, son illərdə Visa və Mastercard tərəfindən xidmət tariflərinin kəskin artırılması bankların xərclərinə ciddi təsir göstərib.

Kazımov vurğulayıb ki, bu, bankların fəaliyyətinə bəraət qazandırmaq məqsədi daşımır. Bununla belə, tarif artımının əsas mənbələrindən biri beynəlxalq ödəniş sistemlərinin qiymət siyasətidir.

O qeyd edib ki, hazırda Mərkəzi Bank hər iki beynəlxalq ödəniş təşkilatı ilə Azərbaycan bazarı üçün tariflərin aşağı salınması istiqamətində danışıqlar aparır. Mərkəzi Bankın sədri 2026-cı ilin sonunadək bu danışıqlarda müəyyən irəliləyişə nail olunacağına ümid etdiyini bildirib.

Tariflərin azaldılması bankların kart əməliyyatları üzrə xərclərini aşağı sala və sahibkarların nağdsız ödənişlərin qəbuluna çəkdikləri xərclərin azalması üçün imkan yarada bilər.

Visa Mastercard Mərkəzi Bank Taleh Kazımov bank komissiyaları POS terminal ödəniş tarifləri nağdsız ödənişlər.
29.10.2026 12:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19