Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

Atəşgah Həyatda ödənişlər 85% artıb, yığımlar cəmi 3% artıb. Şirkət 83,6 milyon manat toplayıb, 87,8 milyon manat ödəyib.Atəşgah Həyatın ödəniş-yığım nisbəti 105%-ə çatıb. Atəşgah Həyatda 40 milyon manatlıq ödəniş artımı.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Atəşgah Həyat” Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib.

Marja.az-ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin 9 ayındakı 47 milyon 513 min manatdan 2026-cı ilin eyni dövründə 87 milyon 753 min manata yüksəlib. Bu, 40 milyon 240 min manat və ya 84,7% artım deməkdir.

Reklam_3_11

Eyni zamanda şirkətin topladığı sığorta haqları 81 milyon 124 min manatdan 83 milyon 579 min manata çatıb. Artım cəmi 3% təşkil edib. Beləliklə, şirkətin ödənişləri cari dövrdə topladığı haqları 4 milyon 174 min manat üstələyib.

Ödənişlərin haqlara nisbəti ötən ilin eyni dövründəki 58,6%-dən 105%-ə yüksəlib.

Sığorta ödənişlərinin toplanmış sığorta haqlarını üstələməsi şirkətin mütləq zərərlə fəaliyyət göstərməsi demək deyil. Bununla belə, göstərici həyat sığortası üzrə öhdəliklərin ödəniş dinamikasının sürətləndiyini göstərir.

Atəşgah Həyat 2026 Atəşgah Həyat ödənişləri Atəşgah Həyat sığorta haqları həyat sığortası ödənişləri
26.10.2026 12:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19