970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Yığımlardan 3,7 dəfə sürətli artım! Azərbaycanda sığorta bazarında yığımlar 8%, ödənişlər 29% artıb. Sığorta şirkətlərinin ödənişləri 200 milyon manata yaxın artıb. Sığorta bazarında diqqətçəkən fərq: hər 100 manatdan 71 manatı ödənişə gedib
AzVak-mobil_resmin_ustu_31
Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib.

Marja.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında sığorta şirkətləri 1 milyard 248 milyon 485 min manat sığorta haqqı toplayıblar. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 91 milyon 231 min manat və ya 7,9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 198 milyon 826 min manat və ya 29,1% artaraq 882 milyon 723 min manata çatıb.

Beləliklə, sığorta ödənişlərinin artım tempi yığımların artım tempindən təxminən 3,7 dəfə yüksək olub.

2025-ci ilin ilk doqquz ayında toplanmış hər 100 manat sığorta haqqına 59,1 manat ödəniş düşdüyü halda, 2026-cı ilin eyni dövründə bu göstərici 70,7 manata yüksəlib.

Sığorta haqları ilə ödənişlər arasındakı fərq isə 473,4 milyon manatdan 365,8 milyon manata düşüb.

Bu fərq sığorta şirkətlərinin mənfəəti hesab edilmir. Sığorta fəaliyyətinin yekun maliyyə nəticələri investisiya gəlirləri, əməliyyat xərcləri, ehtiyatlar və təkrarsığorta əməliyyatlarından da asılıdır.

Azərbaycan sığorta bazarı 2026 sığorta haqları sığorta ödənişləri AMB statistikası sığorta yığımları 9 ay
26.10.2026 12:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19