Süni intellektə investisiya artır, iş yerləri azalır - Sığorta nəhəngi 800 əməkdaşını ixtisar edəcək
Avropanın iri sığorta şirkətlərindən biri olan “Generali” xərclərini azaltmaq üçün işçi sayını 9% vəya 800 nəfər azaldacaq. Şirkət Almaniyadakı hər 11 iş yerindən təxminən birini ixtisar etməyi planlaşdırır.İtaliyanın sığorta nəhəngi “Generali”nin Almaniyadakı törəmə şirkəti restrukturizasiya proqramı çərçivəsində 2030-cu ilin sonunadək 800 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.
Marja.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Məlumata görə, ixtisar olunacaq əməkdaşların sayı “Generali”nin Almaniyada çalışan 9 min 100 nəfərlik işçi qüvvəsinin təxminən 9 faizini təşkil edir. Şirkət işçi sayının azaldılmasının əsasən könüllü pensiyaya çıxma mexanizmləri vasitəsilə həyata keçiriləcəyini bildirib.
Restrukturizasiya proqramı çərçivəsində əməliyyat xərclərinin optimallaşdırılması da nəzərdə tutulur. Bu məqsədlə hibrid iş modelinin geniş yayılması fonunda şirkətin bəzi ofisləri birləşdiriləcək və daşınmaz əmlakla bağlı xərclər azaldılacaq.
Bununla yanaşı, “Generali” texnoloji transformasiya prosesini sürətləndirməyi planlaşdırır.
Şirkət texnologiya və süni intellekt sahələrinə 100 milyon avrodan artıq investisiya yatıracağını açıqlayıb.
Beləliklə, “Generali”nin restrukturizasiya proqramı həm əməkdaşların sayının azaldılmasını, həm də əməliyyatların rəqəmsallaşdırılmasını və süni intellekt texnologiyalarına investisiyaların artırılmasını əhatə edir.
Müştərilərin xəbərləri
“Kristal Bakı” vergi borcu iddialarını rədd etdi – Media qurumlarına xəbərdarlıq: Məhkəməyə müraciət ediləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 10 d. əvvəl
- 19 d. əvvəl
-
24 d. əvvəl
Tikinti layihələrinin əlaqələndirilməsi üzrə Komissiya yaradıldı, sədr və üzvləri təyin olundu
- 27 d. əvvəl
- 32 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
-
38 d. əvvəl
Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Tikinti sektorunda yeni islahatlara başlayır: tikintiyə icazə prosedurları dəyişdiriləcək – Komissiya yaradıldı
Tikinti layihələrinin əlaqələndirilməsi üzrə Komissiya yaradıldı, sədr və üzvləri təyin olundu
Azərbaycanda mal əti istehsalı azalıb – rəsmi rəqəmlər
Ən çox oxunanlar
Oktyabrın 27-də gözlənilən hava şəraiti
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
Bank VTB (Azərbaycan)-dan Zəfər Gününə özəl nağd kredit kampaniyası
Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb























