Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib

AzVak-mobil_resmin_ustu_31
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər edib.

Bu barədə Dünya Bankı Qrupunun məlumatında bildirilib.

Məlumata görə, Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində inkişaf etməkdə olan ölkələr üçün rekord həcmdə özəl kapital səfərbər edib.

Belə ki, qurumun qlobal miqyasda səfərbər etdiyi özəl kapitalın həcmi son dörd ildə 3,2 dəfə artaraq 2022-ci maliyyə ilindəki 35 milyard dollardan 2026-cı maliyyə ilində 112 milyard dollara çatıb.

Bildirilib ki, Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi ölkənin daha rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyata keçidini dəstəkləməyi nəzərdə tutur.

Sənəd iki əsas istiqaməti əhatə edir: məhsuldarlığın və daha keyfiyyətli iş yerlərinin artırılması, həmçinin iqtisadi dayanıqlılığın və davamlı inkişafın gücləndirilməsi.

Bu çərçivədə yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, dayanıqlı maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.

Bununla yanaşı, Orta Dəhlizin ticarət və tranzit potensialının artırılması, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və süni intellekt də daxil olmaqla yeni texnologiyaların tətbiqi dəstəklənəcək.

Dünya Bankı Qrupu Azərbaycanda özəl kapitalın səfərbər edilməsini, bərpa olunan enerji layihələrinin genişləndirilməsini və su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılmasını da əsas fəaliyyət istiqamətləri sırasında göstərib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

16.10.2026 10:19
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19