970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri
AzVak-mobil_resmin_ustu_31
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmlənib və kredit portfeli genişlənib.

Qeyd edilib ki, əldə olunan nəticələr Bankın uzunmüddətli inkişaf hədəflərinə doğru ardıcıl irəlilədiyini göstərir. Bank Respublika müştərilərin və sahibkarların maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə biznes fəaliyyətinin genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə dəstəyini davam etdirib.

2026-cı ilin ilk doqquz ayı üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):

·         Aktivlər 2,66 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir;

·         Nizamnamə kapitalı 3 dəfədən çox artaraq 240,3 milyon manat təşkil edib;

·         Məcmu kapital 18,8% artaraq 295,88 milyon manat təşkil edib;

·         Kredit portfeli 11,5% artaraq 1,76 milyard manata yüksəlib;

·         Xalis faiz gəlirləri 16,9% artaraq 148,36 milyon manat olub;

·         Xalis əməliyyat mənfəəti 14,9% artaraq 67,3 milyon manata çatıb;

·         Xalis mənfəət 16,5% artaraq 50,29 milyon manat təşkil edib;

·         Depozit portfeli 1,1 milyard manat olub ki, bu da müştərilərin Bank Respublika-ya etimadını və onu etibarlı maliyyə tərəfdaşı kimi seçdiyini əks etdirir;

·         Xarici maliyyə institutlarından cəlb edilən vəsaitlər 15% artaraq 500 milyon manat olub

Maliyyə dayanıqlığının əsas göstəriciləri:

·         I dərəcəli kapitalın adekvatlıq əmsalı - 11,7% (normativ: 6,5%);

·         Məcmu kapitalın adekvatlıq əmsalı - 14,6% (normativ: 12,5%);

·         Leverec əmsalı - 8,81% (normativ: 5%);

·         Qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı -0,87% təşkil edib ki, bu da bank sektorunda ən aşağı göstəricilərdən biridir.

"Bank Respublika qarşıdakı dövrdə də dayanıqlı böyümə, real sektorun maliyyələşdirilməsi və müştərilərə təqdim olunan xidmətlərin inkişafı üzrə strateji prioritetlərini davam etdirəcək. Bank maliyyə dayanıqlığının qorunmasına və risklərin effektiv idarə olunmasına əsaslanaraq uzunmüddətli inkişaf imkanlarını genişləndirməyi hədəfləyir", - press-relizdə bildirilir.

15.10.2026 16:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19