Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Anglo Asian Mining”in mis hasilatı 4,1 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Anglo Asian Mining”in mis hasilatı 4,1 dəfə artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda mis, qızıl və gümüş hasil edən “Anglo Asian Mining” şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında mis hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə artıraraq 14 354 tona çatdırıb. Bir il əvvəl hasilat 3 476 ton olmuşdu.

Marja.az şirkətin oktyabrın 15-də açıqladığı istehsal və satış hesabatına istinadən xəbər verir ki, üçüncü rübdə mis hasilatı illik müqayisədə 141% artaraq 5 514 ton təşkil edib. İkinci rüblə müqayisədə artım 7,5% olub.

Dəmirli hasilatın əsas hissəsini təmin edib

Üçüncü rübdə hasil edilən misin 3 824 tonu Dəmirli, 1 690 tonu isə Gədəbəy əməliyyatlarının payına düşüb. Beləliklə, Dəmirli şirkətin rüblük mis hasilatının təxminən 69%-ni təmin edib.

Şirkət Dəmirlinin noyabrın sonunadək sabit istehsal rejiminə çatmasını gözləyir.

Konsentrat satışları 4,5 dəfə yüksəlib

Üçüncü rübdə konsentrat satışlarının dəyəri ötən ilin müvafiq dövründəki 17,8 milyon dollardan 80,5 milyon dollara yüksəlib. Bunun 50,1 milyon dolları Dəmirlinin payına düşüb.

“Anglo Asian Mining” 2026-cı il üzrə 20–25 min ton mis hasilatı proqnozunu dəyişməyib. Doqquz ayda illik proqnozun aşağı həddinin 71,8%-i yerinə yetirilib. 

Anglo Asian Mining mis hasilatı Dəmirli yatağı Gədəbəy konsentrat satışı dağ-mədən sənayesi
15.10.2026 18:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19