970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ani Ödənişlər Sisteminin Türkiyə ilə inteqrasiya üzrə iş aparılır

AzVak-mobil_resmin_ustu_31
Ani Ödənişlər Sisteminin Türkiyə ilə inteqrasiya üzrə iş aparılır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə gündəlik həyata keçirilən əməliyyatların sayı 1 milyona çatıb.

Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə bu göstərici aylıq əməliyyatların sayına uyğun gəlirdisə, hazırda sistem vasitəsilə gündə 1 milyon əməliyyat həyata keçirilir.

“Bu sistemin miqyası genişlənməkdə davam edir. Hazırda Ani Ödənişlər Sisteminin həm region ölkələrinin, həm də regiondan kənar ölkələrin ödəniş sistemləri ilə inteqrasiyasında maraqlıyıq. Türkiyə Mərkəzi Bankı ilə də bu istiqamətdə sıx əməkdaşlıq edirik və müvafiq işlər aparılır”, – Vüsal Xəlilov bildirib.

AMB sədrinin müavini qeyd edib ki, ölkələrarası ödənişlərin xərclərinin azaldılmasında fintex şirkətləri mühüm rol oynaya bilər. Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq regionda maliyyə texnologiyaları sektorunun inkişafı üçün əlavə imkanlar yaradır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı AMB Vüsal Xəlilov Ani Ödənişlər Sistemi AÖS ani ödənişlər rəqəmsal ödənişlər Azərbaycan Türkiyə ödəniş sistemləri fintex beynəlxalq pul köçürmələri Türk Dövlətlərinin Fintex Forumu
13.10.2026 11:10
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19