İllik 15% gəlir təklif edilir – BOKT istiqraz buraxır
“FINCA Azərbaycan” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) illik 15% gəlirliliklə 2 milyon manat həcmində istiqraz buraxılışı həyata keçirəcək. İstiqrazlar 18 ay müddətinə təklif olunacaq, faiz gəlirləri isə hər üç aydan bir ödəniləcək.
Marja.az xəbər verir ki, 13 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azərbaycan” MMC BOKT-nin istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.
Məlumata görə, təşkilat hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxacaq.
İstiqrazların ümumi buraxılış həcmi 2 milyon manat təşkil edir.
Faiz gəlirləri hər üç aydan bir ödəniləcək
İstiqrazların illik gəlirlilik faizi 15%, tədavül müddəti isə 18 ay müəyyən edilib.
Faiz gəlirləri istiqrazların ilk yerləşdirildiyi tarixdən etibarən hər üç təqvim ayından bir ödəniləcək. Hesablamalarda bir ayın 30 gün olması qəbul ediləcək.
Bu şərtlərlə, 100 manat nominal dəyərində bir istiqraz üzrə üç aylıq faiz gəliri 3,75 manat, 18 aylıq ümumi faiz gəliri isə 22,50 manat təşkil edəcək.
Məsələn, 10 min manat nominal məbləğdə istiqraz alan investor hər üç aydan bir 375 manat, 18 ay ərzində isə ümumilikdə 2250 manat faiz gəliri əldə edə bilər.
Hesablamalar istiqrazların nominal dəyərindən alınması, emitentin ödənişlərini tam və vaxtında yerinə yetirməsi şərti ilə, vergi və komissiyalar nəzərə alınmadan aparılıb.
İstiqrazlar birqiymətli hərrac vasitəsilə yerləşdiriləcək
Bakı Fond Birjasının məlumatına əsasən, istiqrazların yerləşdirilməsi kütləvi təklif və birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazların ticarətə buraxılma tarixi emitent tərəfindən əlavə olaraq açıqlanacaq.
İstiqraz buraxılışı üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
23 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
22 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
24 d. əvvəl
İri bankın biznes kreditləri portfeli 4 milyard manata yaxınlaşıb
-
45 d. əvvəl
"Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"
-
48 d. əvvəl
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
-
1 saat əvvəl
Xalq Bankın “Əmanət” lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu ®
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İri bankın biznes kreditləri portfeli 4 milyard manata yaxınlaşıb
Oktyabrın 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub
Futbol həyəcanı XalqKartla daha sərfəli ®
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"



























