ARDNF gəlir və xərclərinin dəyişməsini şərtləndirən amilləri açıqlayıb
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) gəlir və xərclərinin dəyişməsində bir neçə amilin rolu var.
Bu barədə ARDNF-nin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
"Birinci amil onunla bağlıdır ki, "Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə" 30 iyun 2017-ci il tarixli qanunla dövlət və icmal büdcə xərclərində dürüstləşdirmə aparıldığını nəzərə alaraq, icmal büdcənin tərkib hissəsi olan ARDNF-nin gəlir və xərclərində də dürüstləşdirmənin aparılması zərurəti yaranıb.
Eyni zamanda, prezident İlham Əliyevin "SOCAR Türkiyə Ege" Neft Emalı Zavodu (STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında sərəncamının icrasına uyğun olaraq STAR layihəsində dövlətimizin iştirak payı artırılıb ki, bu fərmanın icrasını təmin etmək məqsədilə ARDNF-nin 2017-ci il büdcəsində Türkiyədə STAR neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi ilə bağlı 744,072 mln. manat məbləğində xərc maddəsi əlavə edilib.
Digər tərəfdən, ARDNF-nin vəsaiti hesabına həyata keçirilən qaçqınların və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlərin vaxtında başa çatdırılmasını təmin etmək məqsədilə Fondun büdcəsinin müvafiq xərc maddəsi 90 mln. min manatdan 105 mln. manata qədər artırılıb", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, prezidentin 4 oktyabr 2017-ci il tarixli fərmanı ilə ARDNF-nin 2017-ci il büdcəsinə dəyişikliklər edilib.
Fərmana uyğun olaraq 2017-ci il büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə ARDNF-nin 2017-ci il büdcəsində Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 7 mlrd. 550 mln. 705,3 min manatdan 9 mlrd. 826,212 mln. manata qədər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 3,465 mln. manatdan 3 mln. 605,5 min manata, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 16,830 mln. manatdan 17 mln. 688,5 min manata, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 799 mln. 94,6 min manatdan 963,948 mln. manata, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus gəlirləri 495 min manatdan 2 mln. 407,6 min manata qədər və Fondun 2017-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 8 mlrd. 370 mln. 589,9 min manatdan 10 mlrd. 813 mln. 861,6 min manata qədər artırılıb.
Neft Fondunun 2017-ci il üçün büdcə xərclərinin ümumi həcmi 14 mlrd. 483,856 mln. manatdan 15 mlrd. 242,928 mln. manata qədər artırılıb.
Fərmana əsasən Azərbaycanın 2017-ci il dövlət büdcəsində qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 90 mln. manatdan 105 mln. manata qədər artırılıb və Fondun 2017-ci il büdcəsinə STAR neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi ilə bağlı 744,072 mln. manat məbləğində xərc maddəsi əlavə edilib.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
-
-
13 d. əvvəl
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15% 4 milyon manat borc aldı
- 17 d. əvvəl
-
29 d. əvvəl
Yeni artımla orta aylıq pensiya 593, yaşa görə orta aylıq pensiya 632 manata çatıb
- 32 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
1 saat əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
1 saat əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
1 saat əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
XalqKart-ı indi pulsuz əldə edin
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
Ən çox oxunanlar
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb

























