970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək. Qurbanova bu vəzifəni müvəqqəti əvəzedicisi kimi təyin edilir.

Günel Qurbanova 2024-cü ilin fevralından “MFX-Trading İnvestisiya Şirkəti”ndə baş mühasib vəzifəsində çalışıb. Bundan əvvəl “Compusale Technologies” şirkətində mühasib, daha əvvəl isə Bakı Metropoliteni Layihə İnstitutunda mühəndis köməkçisi kimi fəaliyyət göstərib. Qurbanova Azərbaycan Kooperasiya Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb.

Reklam_3_11

“MFX-Trading İnvestisiya Şirkəti” 2020-ci ildə yaradılıb və həmin ilin oktyabrında investisiya şirkəti fəaliyyəti üzrə İŞ-06 nömrəli lisenziya alıb. İnvestisiya şirkəti bağlanan “MuğanBank”a yaxın şirkətlərdən biri idi. Şirkət broker, anderraytinq, investisiya tədqiqatı və məsləhət xidmətləri, portfelin idarə olunması, həmçinin qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlar həyata keçirir.

2025-ci ildə “MFX-Trading” 91,99 min manat xalis zərər edib. Şirkət 2024-cü ili 712,82 min manat xalis mənfəətlə başa vurmuşdu. Ötən ilin sonunda şirkətin aktivləri 1 milyon 50 min manat təşkil edib və illik müqayisədə 5,2% azalıb.

Şirkətin nizamnamə kapitalı 1 milyon 110 min manatdır. “MFX-Trading”in 100% səhmdarı 2024-cü ildən Samir Xəlilov Əlövsət oğludur. Bundan əvvəl şirkətin səhmdarları Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) olub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Banker"

MFX-Trading MFX-Trading İnvestisiya Şirkəti Günel Qurbanova Tural Bayramov direktor dəyişikliyi investisiya şirkəti investisiya bazarı broker anderraytinq qiymətli kağızlar MuğanBank Samir Xəlilov MFX-Trading zərəri MFX-Trading aktivləri investisiya şirkətlərində rəhbər dəyişikliyi
02.10.2026 11:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19