970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

“McDonald’s Azərbaycan” 35-ci restoranını açdı, 65 nəfər işlə təmin edildi. 176 yerlik yeni “McDonald’s” restoranı Badamdarda istifadəyə verilib.
AzVak-mobil_resmin_ustu_31
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
iç səhifə xəbər şəkil altı (mobil)_32

“McDonald’s Azərbaycan” şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanında açılıb.

Birmərtəbəli zal “Luna” qlobal dizayn konsepsiyası əsasında tərtib olunub və 176 nəfər üçün nəzərdə tutulub, açıq terrasda isə daha 32 oturacaq yeri var. Qonaqlar rəqəmsal özünəxidmət köşklərindən, sifarişlərin masaya çatdırılması xidmətindən və “McDelivery”dən istifadə edə bilərlər. “MakAvto” xidməti isə avtomobildən düşmədən sifariş verməyə, ödəniş etməyə və sifarişi götürməyə imkan verir.

Qəhvə həvəskarları üçün “McCafé” fəaliyyət göstərir: burada geniş çeşiddə qəhvə içkiləri və desertlər, eləcə də səhər yeməyi menyusu təqdim olunur. Yaxın zamanda uşaqlı ailələr üçün “PlayPlace” oyun zonasının açılması planlaşdırılır.

Yeni restoranın açılması ilə 65 yeni iş yeri yaradılıb. Hazırda “McDonald’s Azərbaycan”da 3 200-dən çox Azərbaycan vətəndaşı çalışır.

“McDonald’s” 26 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və yerli bizneslə fəal əməkdaşlıq edir. Şirkət təchizat, logistika, informasiya texnologiyaları, işə qəbul, marketinq və digər sahələrdə 100-dən çox yerli şirkətlə əməkdaşlıq edir.

“McDonald’s” restoran şəbəkəsinin genişlənməsi həm şirkətin özündə, həm də yerli təchizatçı və tərəfdaş şirkətlərdə yeni iş yerlərinin yaradılmasına töhfə verir. Bu, əlaqəli sahələrdə iqtisadi fəallığın artmasına və şirkətin ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsinin güclənməsinə xidmət edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

McDonald’s Azərbaycan Badamdar McDonald’s Badamdar yeni restoran 35-ci restoran 65 yeni iş yeri McCafé MakAvto McDelivery PlayPlace restoran şəbəkəsi Bakı Səbail rayonu yerli təchizatçılar 3200 işçi.
30.09.2026 18:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19