Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

“Prime Leasing” Cəlilabadda “Landini” və “Zoomlion” texnikalarını təqdim edib. “İndi al, Novruzdan sonra ödə” – “Prime Leasing”dən fermerlərə yeni təklif.
AzVak-mobil_resmin_ustu_31
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar texnika bazarında ölkənin öndə gələn şirkətlərindən olan "Prime Leasing" Cənub zonasında əhatə dairəsini genişləndirərək Cəlilabad regional filialının təntənəli açılışını keçirib.

Mərasimə dövlət rəsmiləri, kənd təsərrüfatı mütəxəssisləri ilə yanaşı, bölgənin müxtəlif yerlərindən gələn fermer və sahibkarlar qatılıb. Tədbir boyu İtaliyanın məşhur "Landini" və dünyanın nəhəng aqrar brendlərindən olan "Zoomlion" traktorları, həmçinin müxtəlif brendlərin aqreqatları canlı nümayiş etdirilib.

Şirkət rəsmiləri açılış iştirakçılarına kənd təsərrüfatı texnikalarına dövlət dəstəkli güzəştli subsidiyalar, rahat lizinq şərtləri, habelə təmir və rəsmi ehtiyat hissələri təminatı haqqında ətraflı məlumatlar çatdırıblar. Həmçinin şirkətin “İndi al Novruzdan sonra ödə”, “Bütün Traktorlara PULSUZ Çatdırılma” və sərfəli avans kampaniyaları barədə məlumat verildib.

Tədbirin qeyri-rəsmi hissəsində Cəlilabad filialının ilk müştərisinə smartfon və “İlk müştəri” sertifikatı təqdim edildib. Proqramın ən yaddaqalan məqamlarından biri qaliblərin mükafatlandırılması mərasimi olub. Tədbirə qeydiyyatdan keçmiş qonaqlar arasında keçirilən tirajda şanslı iştirakçılar mobil telefon və digər qiymətli hədiyyələrin sahibi olublar.

Yeni filialın istifadəyə verilməsi Cəlilabad və bütünlükdə Cənub regionunda təsərrüfatların müasir avadanlıqla təchizatını asanlaşdırmaqla yanaşı, torpaq sahiblərinin iş keyfiyyətini və məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq, həmçinin region fermerləri kənd təsərrüfatı texnikalarını daha əlçatan şərtlərlə əldə edə biləcəklər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Prime Leasing Cəlilabad aqrar texnika kənd təsərrüfatı texnikası Landini Zoomlion traktor lizinq subsidiya fermerlər Cənub regionu aqrar kredit kənd təsərrüfatı ehtiyat hissələri texnika satışı regional filial.
30.09.2026 17:27
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19