970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır

AzVak-mobil_resmin_ustu_31
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“MJ Finance BOKT” ASC-nin 2 milyon manat həcmində istiqrazları kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, BFB-nin Listinq Komitəsinin 30 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.

İstiqrazlara abunə yazılışı 2 oktyabr 2026-cı il tarixində başlayacaq və 16 oktyabr 2026-cı il tarixində başa çatacaq.

AZ2003023168 ISIN kodlu istiqrazların yerləşdirilməsinə isə 19 oktyabr 2026-cı il tarixində başlanılacaq.

İllik gəlirlilik 16%-dir

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılacaq.

İstiqrazların ümumi buraxılış həcmi 2 milyon manat təşkil edir. İstiqrazlar üzrə illik gəlirlilik faizi 16% müəyyən edilib.

Faiz ödənişləri hər ayda bir dəfə həyata keçiriləcək. Hesablamada hər ayın 30 gün olduğu qəbul ediləcək.

İstiqrazların tədavül müddəti 18 aydır. Buraxılış üzrə əsas anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, digər anderrayter isə “Troni İnvestisiya Şirkəti” QSC-dir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

MJ Finance BOKT istiqraz 16 faiz gəlirlilik Bakı Fond Birjası BFB 2 milyon manat 18 ay ABB-İnvest Troni İnvestisiya Şirkəti istiqraz buraxılışı investisiya kapital bazarı abunə yazılışı AZ2003023168.
30.09.2026 17:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19