Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı

Maliyyə Monitorinqi Xidməti elektron köçürmələrlə bağlı qərarı yenilədi. Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı yeni qərarla elektron köçürmələr üzrə məlumat və sənədlərin təqdim edilməsi qaydalarına dəyişiklik edilib.

Bu bardə Marja.az-a Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən məlumat verilib.

Belə ki, maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmə əməliyyatının məbləği 20 000 manat və ya ona ekvivalent xarici valyuta müəyyən edilib.

Bundan başqa, fiziki şəxslər (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən şəxslər istisna olmaqla) tərəfindən bir təqvim ayı ərzində ümumilikdə 50 000 manatdan artıq elektron köçürmə həyata keçirildikdə, həmin ay ərzində aparılan növbəti elektron köçürmələr barədə də məlumat təqdim edilməlidir.

Bu tələblər POS-terminalla aparılan və ekvayrinq əməliyyatlarına şamil edilmir.

Qeyd edək ki, əvvəlki qərarda dəyişikliklərin 1 oktyabr 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu. Yeni qərarla bu tarix 1 yanvar 2027-ci il olaraq müəyyənləşdirilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Maliyyə Monitorinqi Xidməti Zaur Fətizadə elektron köçürmə 20 min manat 50 min manat fiziki şəxslər maliyyə institutları POS-terminal ekvayrinq bank köçürmələri maliyyə monitorinqi 1 yanvar 2027.
30.09.2026 18:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19