970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq

“Azəriqaz”da kağız müqavilə dövrü bitir – Abonentlər SİMA ilə imzalayacaq. Qaz müqavilələri rəqəmsallaşır – “Azəriqaz” abonentləri artıq mərkəzə getməyəcək
AzVak-mobil_resmin_ustu_31
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Azəriqaz”da xidmət və iş proseslərinin rəqəmsallaşdırılması abonentlərə bir sıra əməliyyatları kağız sənədlər olmadan və xidmət mərkəzlərinə getmədən həyata keçirməyə imkan verəcək.

Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya çərçivəsində daha bir xidmət sahəsində proseslərin elektronlaşdırılması istiqamətində mühüm addım atılıb. SİMA rəqəmsal imzanın “Azəriqaz” İB-nin xidmət və iş proseslərinə inteqrasiyası ilə abonent müqavilələrinin rəqəmsal şəkildə imzalanması imkanı yaradılıb.

Vətəndaşlar “mygov” platforması üzərindən qaz təchizatı ilə bağlı müqavilələrini SİMA ilə imzalayaraq xidmət mərkəzinə getmədən də müraciətlərini rəsmiləşdirə bilirlər. Eyni imkan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində də tətbiq olunur. Burada əhali və qeyri-əhali abonentləri ilə qaz alqı-satqı müqavilələri elektron formada rəsmiləşdirilərək SİMA ilə imzalanır.

Yeni həll sənədləşmə prosesini sadələşdirir, rəsmiləşdirməyə sərf olunan vaxtı azaldır və abonentlərin xidmətlərdən daha rahat istifadəsinə imkan yaradır. Eyni zamanda, fiziki sənəd dövriyyəsinin azalması “Azəriqaz”ın daxili əməliyyatlarının daha çevik idarə olunmasına, proseslərə nəzarətin gücləndirilməsinə və sənədlərin elektron şəkildə idarə olunmasına şərait yaradır.

“Azəriqaz” və “AzInTelecom” arasında əməkdaşlığın növbəti mərhələsində rəqəmsal həllərin digər xidmət və iş proseslərində tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Tətbiq olunan yenilik ölkədə dövlət xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” dövlət xidmətlərinin modernləşdirilməsini və rəqəmsal platformaya transformasiyasını əsas istiqamətlərdən biri kimi müəyyən edir.

SİMA rəqəmsal imzanın müxtəlif xidmət sahələrinə inteqrasiyası vətəndaşların gündəlik əməliyyatlarını sadələşdirməklə yanaşı, xidmətlərin rəqəmsal mühitə keçirilməsini sürətləndirir. “AzInTelecom” SİMA-nın tətbiq sahələrini genişləndirərək istifadəçilər üçün daha rahat və əlçatan rəqəmsal xidmət təcrübəsinin formalaşdırılmasını davam etdirəcək.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azəriqaz SİMA SİMA İmza AzInTelecom qaz abonentləri qaz müqaviləsi elektron müqavilə rəqəmsal imza mygov ASAN xidmət ASAN Kommunal qaz alqı-satqı müqaviləsi rəqəmsallaşma elektron xidmətlər dövlət xidmətləri AZCON Holding
30.09.2026 09:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19