Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı

PMD Group “Great Place To Work®” sertifikatına layiq görülüb ®. Əməkdaş etimadı PMD-yə beynəlxalq sertifikat gətirdi. “PMD Group” iş mühiti üzrə qlobal qiymətləndirmədə yüksək nəticə göstərdi
AzVak-mobil_resmin_ustu_31
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PMD Group” MMC beynəlxalq səviyyədə tanınan və yaxşı iş mühiti üzrə qlobal etalon hesab olunan “Great Place to Work®” sertifikatına layiq görülmüşdür.

İş yeri mədəniyyətinin qiymətləndirilməsi sahəsində qlobal nüfuzlu təşkilat olan “Great Place To Work®” 30 illik araşdırma və məlumatlara əsaslanaraq iş yerlərinin ekspertizasını həyata keçirir və qurumlara bütün əməkdaşlar üçün ən yaxşı mühiti daim təkmilləşdirməyə dəstək olur.

Təşkilatın xüsusi platforması vasitəsi ilə hər bir əməkdaşın iş təcrübəsi beynəlxalq metodologiya və müstəqil araşdırma prinsipləri əsasında qiymətləndirilir. Yüksək nəticə göstərən iş yerləri “Great Place To Work®” sertifikatına layiq görülür.

PMD əməkdaşları arasında aparılan qiymətləndirmənin nəticəsində əməkdaşların təşkilata etimadı, iş mühitindən məmnunluğu, liderlik yanaşması, əməkdaşlıq mədəniyyəti və peşəkar inkişaf imkanları ilə bağlı rəyləri yüksək göstəriciyə malik olmuşdur. Beləliklə, PMD ümumi sorğu standartlarında gözləntiləri üstələyən nəticə əldə etməklə “Great Place to Work®” sertifikatına layiq görülüb.

Əldə olunan bu uğur ilk növbədə PMD əməkdaşlarının şirkətə olan etimadının, peşəkarlığının və ortaq dəyərlər ətrafında formalaşmış güclü korporativ mədəniyyətinin və şirkətin beynəlxalq standartlara uyğun korporativ idarəetmə yanaşmasının növbəti təsdiqidir.

PMD daşınmaz əmlakın inkişafı, tikintisi, əmlakın idarə olunması, istismar və əlaqəli biznes istiqamətlərində fəaliyyət göstərən şirkətlər qrupudur. PMD innovativ yanaşma, yüksək keyfiyyət standartları və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq ölkənin iqtisadi inkişafına və müasir şəhər mühitinin formalaşmasına töhfə verir.

İnsan kapitalına investisiya qoyuluşu, əməkdaşların inkişafı və rifahının təmin edilməsi PMD-nin strateji prioritetləri sırasında qalmağa davam edəcəkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

PMD Group Great Place to Work Great Place to Work sertifikatı iş yeri mədəniyyəti əməkdaş məmnuniyyəti korporativ mədəniyyət insan kapitalı əməkdaşların inkişafı liderlik korporativ idarəetmə daşınmaz əmlak əmlakın idarə olunması tikinti sektoru iş mühiti əməkdaş etimadı. 1/2
28.09.2026 15:41
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar