“GL” ASC 15%-lik istiqrazlarla 1 milyon manat cəlb etdi – Buraxılış tam satıldı
“GL” ASC-nin illik 15% gəlirlilik təklif edən istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi uğurla yekunlaşıb.
Bakı Fond Birjasının məlumatına görə, 21 avqust 2026-cı il tarixində keçirilmiş hərracda istiqrazların bütün buraxılış həcmi – 1 milyon manat yerləşdirilib. İnvestorlar buraxılış üzrə ümumilikdə 1 milyon manatlıq 51 sifariş təqdim ediblər. Hərracda 51 investor iştirak edib.
İstiqrazların nominal və yerləşdirmə qiyməti 100 manat təşkil edib. Emitent tərəfindən ümumilikdə 10 min ədəd faizli, təminatsız, sənədsiz və adlı istiqraz buraxılıb.
Qiymətli kağızlar üzrə illik kupon gəlirliliyi 15% müəyyən edilib. Faiz ödənişləri hər ay – hər ayın 30 gündən ibarət olduğu qəbul edilməklə həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 7 ildir.
Beləliklə, bir istiqraz üzrə illik faiz gəliri 15 manat, aylıq faiz ödənişi isə 1,25 manat təşkil edəcək. Buraxılışın bütün həcmi nəzərə alındıqda, emitentin investorlar qarşısında illik kupon öhdəliyi 150 min manat, aylıq faiz ödənişi isə 12 min 500 manat olacaq.
İstiqrazların yerləşdirilməsi kütləvi və birqiymətli hərrac üsulu ilə həyata keçirilib. İlk ticarət və hərrac qiyməti nominala bərabər – 100 manat olub.
“GL” ASC-nin AZ2043020281 ISIN kodlu istiqrazlarının ticarətə buraxılması barədə qərar Bakı Fond Birjasının Listinq Komitəsi tərəfindən 7 avqust 2026-cı ildə verilib. Qiymətli kağızlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib.
Buraxılışın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 6 d. əvvəl
-
23 d. əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 24 d. əvvəl
-
26 d. əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
34 d. əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
-
40 d. əvvəl
Çipsi, qazlı içkilər və ağıllı saatlara vergi qoyulur – Qiymətlər arta bilər
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























