Azərbaycanda daha 8 dağ marşrutu açılacaq
Haykinq turistləri üçün yeni istiqamətlər açılır. Mövcud 40 turizm marşrutu yoxlamadan keçiriləcək. Dağlarda turistlər üçün baza düşərgələri yaradılacaq. Azərbaycanın dağ yolları rəqəmsal xəritələrə salınacaqAzərbaycanda 40 dağ marşrutu yoxlanılacaq, daha 8-i yaradılacaq
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda haykinq və trekinq turizminin inkişafı məqsədilə mövcud dağ-piyada marşrutlarının təhlükəsizlik və infrastruktur vəziyyəti qiymətləndiriləcək.
Dövlət Proqramına əsasən, hazırda mövcud olan 40 dağ-piyada marşrutunun monitorinqi aparılacaq. Marşrutların işarələnməsi, keçid imkanları, təhlükəsizliyi və turistlər üçün əlçatanlığı təhlil ediləcək.
Bununla yanaşı, turizm potensialına malik yeni istiqamətlər müəyyənləşdiriləcək və əlavə 8 dağ-piyada marşrutu yaradılacaq.
Yeni marşrutlarda nişanlama işləri aparılacaq, istiqamətlər rəqəmsal xəritələrə daxil ediləcək və turistlər üçün zəruri məlumatlar hazırlanacaq.
Seçilmiş marşrutlar üzrə baza düşərgələrinin – “base camp”ların və yüngül turizm infrastrukturunun yaradılması da nəzərdə tutulur.
Bu tədbirlərin Azərbaycanın dağlıq regionlarına turist axınını artıracağı, səfərlərin təhlükəsizliyini yüksəldəcəyi və yerli bələdçilik xidmətlərinə yeni gəlir imkanları yaradacağı gözlənilir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
21 d. əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 22 d. əvvəl
-
24 d. əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
32 d. əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
-
38 d. əvvəl
Çipsi, qazlı içkilər və ağıllı saatlara vergi qoyulur – Qiymətlər arta bilər
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Ağıllı saatlara da vergi qoyulur
Ən çox oxunanlar
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tikinti şirkəti 5 saat ərzində 1202 mənzil satıb – Yeni rekord ®























