Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq
Pulunuzu xarici platformaya yatırmazdan əvvəl iki dəfə düşünün – Mərkəzi Bank xəbərdarlıq etdi. Mərkəzi Bank: Xarici lisenziya Azərbaycanda fəaliyyət hüququ vermir. Lisenziyanı yoxlamadan pul yatırmayın. Sosial mediada reklam olunan investisiya platformalarına güvənməyinAzərbaycan Respublikasında lisenziyalaşdırılmış investisiya şirkətlərinin xidmətlərindən istifadə ilə bağlı MƏLUMATLANDIRMA
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının Azərbaycan Respublikasında müxtəlif vasitələrlə təşviq edildiyi və ölkə rezidentlərinin bu platformalara cəlb olunduğu müəyyən edilmişdir. Sözügedən platformaların xidmətləri internet resursları, sosial media, təlim proqramları, seminarlar və digər marketinq vasitələri ilə təqdim və təşviq olunur.
Mərkəzi Bank bildirir ki, xarici ölkələrin tənzimləyici qurumları tərəfindən verilmiş lisenziyanın mövcudluğu həmin platformaya Azərbaycan Respublikasının ərazisində investisiya xidmətləri göstərmək və ya bu xidmətləri təşviq etmək hüququ vermir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkə ərazisində investisiya xidmətlərinin göstərilməsi yalnız Mərkəzi Bank tərəfindən verilmiş müvafiq lisenziya əsasında mümkündür. İstənilən investisiya xidmətindən istifadə etməzdən əvvəl xidmət təminatçısının Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamaq vacibdir.
İnvestor hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada qorunması məqsədilə Mərkəzi Bank vətəndaşlara investisiyalarını yalnız Mərkəzi Bank tərəfindən verilmiş investisiya şirkəti lisenziyasına malik olan şəxslərə etibar etməyi tövsiyə edir. Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı Mərkəzi Bankın rəsmi internet səhifəsində (https://www.cbar.az/page-200/investment-companies) yerləşdirilib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 7 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 25 d. əvvəl
-
27 d. əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
35 d. əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
-
41 d. əvvəl
Çipsi, qazlı içkilər və ağıllı saatlara vergi qoyulur – Qiymətlər arta bilər
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























