6 ayda 165 milyon manat gəlir – dövlət şirkəti sürətlə böyüyür
Şirkətin gəlirləri 2026-cı ilin sonunda 300 milyon manatı aşa bilər. “Azəralüminium” 100 milyon dollarlıq ixrac həddinə çatır.Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan “Azəralüminium” 2026-cı ilin ilk yarısında həm maliyyə, həm də ixrac göstəricilərində yüksək dinamika nümayiş etdirib.
Marja.az Azərbaycan İnvestisiya Holdinqinə (AİH) istinadən xəbər verir ki, Şirkətin gəlirləri 41% artaraq 165 milyon manatdan çox, EBITDA göstəricisi 41 milyon manat təşkil edib. Mənfəətlilik göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 151% yüksəlib.
Alüminium məhsullarının ixracı 46% artaraq 98 milyon ABŞ dollarını ötüb. Şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında ilk dördlükdə yer tutub. Məhsulların 95%-dən çoxunun xarici bazarlara ixrac olunması “Azəralüminium”un Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsində və yerli sənaye məhsullarının beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsində mühüm rolunu göstərir.
2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyədək 400 min tondan çox məhsulu istehsal, 1,8 milyard manatdan artıq dəyərdə məhsulu isə ixrac edib. Şirkətdə yüksək əlavə dəyərli soyuq yayma və tökmə rulon məhsullarının istehsal və satışının artırılması istiqamətində işlər davam etdirilir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir.
Cənubi Qafqaz regionunda yeganə ilkin alüminium və alüminium təbəqə istehsalçısı olan, beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar təqdim edən dövlət müəssisəsi.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 5 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 23 d. əvvəl
-
25 d. əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
33 d. əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
-
39 d. əvvəl
Çipsi, qazlı içkilər və ağıllı saatlara vergi qoyulur – Qiymətlər arta bilər
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























