Bayılda Kulinariya, Tuğda Enoturizm Təcrübə Mərkəzi yaradılacaq
Bayılda yeni Kulinariya Təcrübə Mərkəzi açılacaq. Tuğda şərab zavodu və üzüm bağları olan turizm mərkəzi yaradılırAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda qastronomiya və şərab turizminin inkişafı üçün iki yeni ixtisaslaşmış təcrübə mərkəzinin yaradılması planlaşdırılır.
Dövlət Proqramına Bayıl Kulinariya Təcrübə Mərkəzinin yaradılması daxil edilib. Mərkəzdə aşpazların praktiki hazırlığı, ustad dərsləri, kulinariya tədbirləri və yeni məhsulların təqdimatı üçün imkanların yaradılması nəzərdə tutulur.
Xocavənd rayonunun Tuğ kəndində isə Enoturizm Təcrübə Mərkəzinin qurulması planlaşdırılır. Mərkəzin şərab zavodu və üzüm bağlarını əhatə etməsi nəzərdə tutulub.
Layihə ziyarətçilərə üzümün yetişdirilməsindən şərab istehsalınadək olan prosesi müşahidə etmək, yerli məhsullarla tanış olmaq və tematik turizm proqramlarında iştirak etmək imkanı yarada bilər.
İlkin mərhələdə hər iki mərkəz üzrə təhlillər aparılacaq, konsepsiyalar və maliyyələşdirmə təklifləri hazırlanacaq.
Mərkəzlərin 2030-cu ilədək istifadəyə verilməsi, kulinariya mütəxəssislərinin hazırlanmasına və regionlarda yeni turizm marşrutlarının yaradılmasına xidmət etməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı






















