Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
Rusiyanın qızıl ehtiyatları iyulun sonunda 73,2 milyon unsiyaya geriləyərək 2020-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb.
Marja xəbər verir ki, ölkənin qızıl ehtiyatları ilin əvvəlindən etibarən təxminən 1,6 milyon unsiya azalaraq, iyulun 31-nə 73,2 milyon unsiya təşkil edib.
Beləliklə, Rusiyanın qızıl ehtiyatları 2020-ci ilin yanvarından bəri ən aşağı həddə enib.
Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara görə, ölkənin qızıl ehtiyatları ilin əvvəlindəki təxminən 74,8 milyon unsiyadan iyulun sonunda 73,2 milyon unsiyaya düşüb.
Nəticədə Rusiyanın qızıl ehtiyatları ilin ilk yeddi ayında təxminən 2,1% azalaraq son 6,5 ilin minimum səviyyəsinə geriləyib.
Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, ölkənin federal büdcə kəsiri bu ilin yanvar–iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 32,3% artaraq 6,5 trilyon rubla, təxminən 79 milyard dollara çatıb.
Son illərdə Rusiyanın büdcə xərcləri, xüsusilə müdafiə sənayesinə yönəldilən vəsaitlərin artması fonunda əhəmiyyətli dərəcədə yüksəlib.
Analitiklər qızıl satışlarından əldə olunan vəsaitlərin büdcə kəsirinin maliyyələşdirilməsi üçün istifadə oluna biləcəyinə diqqət çəkirlər.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 7 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 25 d. əvvəl
-
27 d. əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
35 d. əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
-
41 d. əvvəl
Çipsi, qazlı içkilər və ağıllı saatlara vergi qoyulur – Qiymətlər arta bilər
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























