Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
300 turizm şirkəti brend qeydiyyatı üzrə təlim alacaq. Hotel və turizm şirkətlərinin əqli mülkiyyət hüquqları qorunacaq. Azərbaycanın turizm reklamları vahid brend altında birləşdirilirAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin, hotellərin və digər sektor iştirakçılarının əmtəə, xidmət və ticarət nişanlarını rəsmi qeydiyyatdan keçirməsi təşviq olunacaq.
Dövlət Proqramı çərçivəsində turizm sektorunda brendləşmə mühiti qiymətləndiriləcək, sahibkarlar üçün maarifləndirici materiallar və dəstək alətləri hazırlanacaq.
Əqli mülkiyyət hüquqları və brend qeydiyyatı ilə bağlı təlimlərə 300 turizm sənayesi subyektinin cəlb edilməsi nəzərdə tutulur.
Proqram nəticəsində ticarət və xidmət nişanlarının qeydiyyatı üçün müraciət edən turizm müəssisələrinin sayının artırılması hədəflənir.
Dövlət qurumlarının Azərbaycanın vahid milli turizm brendindən istifadə etməsi üçün ayrıca hüquqi mexanizm də hazırlanacaq. Məqsəd müxtəlif dövlət qurumlarının xaricdə apardığı turizm təbliğatında vahid vizual və kommunikasiya xəttinin qorunmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı





















