Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Turist axınında Rusiya, Türkiyə, Gürcüstan və İran üstünlük təşkil edir. Azərbaycan yeni turist bazarları axtarır. Geosiyasi risklər turist axınına təhlükə yaradır. Azərbaycan Cənub-Şərqi Asiyadan daha çox turist cəlb edəcəkAzərbaycana gələn turistlərin əhəmiyyətli hissəsi Rusiya, Gürcüstan, Türkiyə və İranın payına düşür. Bu vəziyyət turizm bazarının regional və geosiyasi risklərə həssaslığını artırır.
Dövlət Proqramında bildirilir ki, Yaxın Şərq və Cənub-Şərqi Asiyadan gələn turistlərin sayının artması nəticəsində ənənəvi bazarların xüsusi çəkisi son 10 ildə təxminən 20% azalıb. Buna baxmayaraq, dörd qonşu və yaxın ölkənin ümumi turist axınındakı payı hələ də yüksəkdir.
Qonşu ölkələrdəki geosiyasi vəziyyət həmin bazarlardan Azərbaycana səfər edən turistlərin sayına mənfi təsir göstərə bilər. Buna görə alternativ hədəf bazarların müəyyənləşdirilməsi və turist axınının daha geniş coğrafiyadan təmin edilməsi planlaşdırılır.
Yeni strategiyada Yaxın Şərq, Cənub-Şərqi Asiya və digər perspektivli bazarlarda marketinq tədbirlərinin artırılması, birbaşa aviareyslərin açılması və viza rejiminin sadələşdirilməsi nəzərdə tutulur.
Turizm bazarlarının şaxələndirilməsi mövsümiliyin azalmasına və ölkəyə daxil olan xarici valyutanın daha dayanıqlı olmasına da xidmət etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı





















