Azərbaycanda 16 beynəlxalq qış tədbiri keçiriləcək
Qış turizminin reklamı 100 milyon nəfərə çatdırılacaq - 16 beynəlxalq qış yarışı keçiriləcək. “Shahdag Hotel & SPA” yenidən qurulacaq. Şahdağda kanat yolları və xizək zolaqları genişləndiriləcək. Qış turizminin reklamı 100 milyon nəfərə çatdırılacaqAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanın beynəlxalq qış turizmi məkanı kimi tanıdılması üçün 2027–2030-cu illərdə azı 16 beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur.
Qış idman tədbirlərinin təşkili üzrə fəaliyyət planı hazırlanacaq. Yarışların regionlara turist axınının artırılmasına və Azərbaycanın dağ turizm mərkəzlərinin beynəlxalq bazarlarda tanıdılmasına xidmət etməsi gözlənilir.
Qış turizmi ilə bağlı reklam və tanıtım məzmununun il ərzində 100 milyon nəfərlik hədəf auditoriyaya çatdırılması planlaşdırılır.
“Shahdag Hotel & SPA”da yenidənqurma və əsaslı təmir işlərinin aparılması da Dövlət Proqramına daxil edilib. Qış turizmi infrastrukturu, o cümlədən kanat yolları və xizək eniş zolaqları inkişaf etdiriləcək.
Qış turizmi üzrə kadrların hazırlanması və peşə bacarıqlarının gücləndirilməsi üçün də ayrıca tədbirlər həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı






















