Dünyada məşhur şəxslərdən biri Azərbaycanın Turizm Səfiri kimi cəlb ediləcək
Məşhur şəxs Azərbaycanın Turizm Səfiri olacaq. Azərbaycanın turizm reklamları qlobal platformalara çıxarılacaqAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanın turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması üçün genişmiqyaslı marketinq kampaniyaları həyata keçiriləcək.
Dövlət Proqramına əsasən, hədəf bazarlarda sosial şəbəkələr vasitəsilə aparılacaq reklam kampaniyalarının ildə minimum 500 milyon nümayiş əldə etməsi planlaşdırılır. Azərbaycan turizmi ilə bağlı film, video və digər rəqəmsal məzmunun illik əhatəsinin ən azı 100 milyon baxışa çatdırılması nəzərdə tutulur.
Azərbaycanın turizm reklamlarının azı 5 qlobal televiziya kanalında və 2 “streaming” platformasında yerləşdirilməsi planlaşdırılır. Beynəlxalq auditoriyaya malik bloqer, influenser və media nümayəndələri il ərzində Azərbaycan turizmi ilə bağlı ən azı 100 məzmun paylaşmalıdır. Bu paylaşımların ümumi auditoriyası 10 milyon nəfəri ötməlidir.
Hər il azı 20 beynəlxalq turizm sərgisində iştirak və proqram dövründə minimum 50 əməkdaşlıq razılaşmasının bağlanması hədəflənir.
Proqram çərçivəsində ən azı bir beynəlxalq tanınmış şəxsin Azərbaycanın Turizm Səfiri kimi cəlb edilməsi planlaşdırılır. Turizm səfirinin iştirakı ilə minimum 5 rəqəmsal məzmun hazırlanmalı və 50 milyon baxış əldə edilməlidir.
Bundan əlavə, 20 turizm obyekti üçün virtual reallıq məzmunu, hər il ən azı 300 peşəkar foto və 50 videomaterial hazırlanacaq.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 10 d. əvvəl
- 20 d. əvvəl
-
32 d. əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
1 saat əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!






















