İnvestorlar 14% gəlir üçün 1 milyon manatlıq sifariş verdilər
52 investor “FERRUM Capital”a 1 milyon manat borc verdi.“FERRUM Capital” QSC-nin illik 14% gəlirlilik təklif edən istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi başa çatıb.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, AZ2024022280 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 20 avqust 2026-cı il tarixində yekunlaşıb.
Hərrac zamanı hər birinin nominal və ilkin ticarət qiyməti 100 manat olan 10 min istiqrazın hamısı investorlar tərəfindən alınıb. Bununla da emissiyanın tam həcmi – 1 milyon manat yerləşdirilib.
İstiqrazlara ümumilikdə 1 milyon manat məbləğində 52 sifariş təqdim olunub. Hərracda iştirak edən investorların sayı da 52 nəfər təşkil edib.
İstiqrazların illik gəlirlilik faizi 14%, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər üç təqvim ayından bir həyata keçiriləcək.
Qiymətli kağızlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır. Yerləşdirmə kütləvi və birqiymətli hərrac üsulu ilə aparılıb.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Bakı Fond Birjasının Listinq Komitəsi avqustun 11-də istiqrazların ticarətə buraxılmasına icazə verib. İstiqrazlar birjanın Standart Bazar Listinq seqmentinə daxil edilib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 10 d. əvvəl
- 20 d. əvvəl
-
32 d. əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
1 saat əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!


























