Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABB-dən dən daşınmaz əmlak bazarı ilə bağlı araşdırma

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-dən dən daşınmaz əmlak bazarı ilə bağlı araşdırma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABB Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı yeni araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Hesabatda 2026-cı ilin birinci yarısında paytaxtın daşınmaz əmlak bazarında özünü göstərən əsas tendensiyalar araşdırılır.

Hesabatdan belə məlum olur ki, cari ilin ilk 2 rübündə Bakının daşınmaz əmlak bazarında qiymət artımı davam etsə də, temp əvvəlki dövrlərlə müqayisədə nisbətən zəifləyib. Bu isə onu göstərir ki, daşınmaz əmlaka tələbin yenə böyük olmasına rəğmən alıcılar qiymət məsələsində və seçimlərdə daha həssas davranmağa başlayıblar.

Torpaq bazarında qiymət artımı daha böyük olub. Torpaq sahələrinə yüksək tələb qiymət artımına təsir göstərib. Xüsusilə inkişaf potensialı yüksək və məhdud təklifə malik ərazilərdə torpağın investisiya və tikinti resursu kimi əhəmiyyəti artıb. Fərdi yaşayış evlərinə tələb və onların qiymətlərində artım tendensiyası da qorunub. Burada mövsümi tələb amili də öz təsirini göstərib.

Qeyri-yaşayış sahələrinin qiymətlərində artım müşahidə olunub. Lakin bu seqmentdə bazar daha dəyişkən dinamika nümayiş etdirib. Obyektin yerləşməsi, funksional təyinatı və gəlir yaratmaq potensialı qiymətlərin formalaşmasında mühüm amil kimi çıxış edib.

Bir diqqətçəkən tendensiya da ondan ibarətdir ki, Bakı şəhərinin mənzil bazarında qiymət artımı tədricən daha geniş coğrafiyaya yayılmaqdadır. Həmçinin alıcılar daha əlçatan ərazilərə yönəlirlər.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. 

20.08.2026 14:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19