ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
“Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatına malik ABB “The Brandon Hall Group” beynəlxalq təşkilatının Mükəmməllik Mükafatlarına layiq görülüb. Bank “Təlim və inkişaf üzrə rəqəmsal inkişafın dəstəklənməsi” və “İstedadların idarə olunması üzrə ən yaxşı idarəetmə modeli” kateqoriyasında 2 mükafata layiq görülüb. ABB bu mükafatları istedadların idarə olunması və rəqəmsal sahədə onların inkişafının dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl layihələrə görə qazanıb.
“The Brandon Hall Group”un mükəmməllik mükafatları qlobal biznes və insan resursları icmasında ən nüfuzlu qiymətləndirmələrdəndir. Bu mükafatlar fərqli sahələrdə ən qabaqcıl şirkətlərin öyrənmə və inkişaf, istedadların idarə edilməsi, əməkdaşların liderlik bacarıqlarının inkişaf etdirilməsi, təşkilati təkmilləşdirmə və s. bu kimi sahələrdəki nailiyyətlərini qiymətləndirir və insan kapitalının idarə edilməsində mükəmməlliyi vurğulayır. Sözügedən mükafatların təqdim olunması üçün əhatəli təhlil və qiymətləndirmələr aparılır. Seçim prosedurlarına görə, bu mükafatlar müvafiq kateqoriyalarda ən yüksək standart meyarı hesab edilir.
“The Brandon Hall Group” 1993-cü ildən fəaliyyətdədir. Qurum bütün dünyada 10 000-dən çox təşkilata data texnologiyaları, araşdırma, sertifikatlaşdırma və s. sahələrdə peşəkar konsaltinq dəstəyi verir. İndiyə qədər dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələrlə, təşkilatlarda apardığı sertifikasiya prosesləri və təkmilləşdirmə tədbirləri ilə milyonlarla işçinin fərdi inkişafına müsbət təsir göstərib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
13 d. əvvəl
İlon Maskın şirkətlərində böyük çöküş – 460 milyard dollar bazar dəyəri silindi
- 25 d. əvvəl
-
27 d. əvvəl
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
52 d. əvvəl
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən mühüm izah
-
57 d. əvvəl
Azərbaycanın avtomobil bazarına yeni marka gəlir — “İlk dəfə. Tezliklə...”
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Ən çox oxunanlar
“Ziraat Bank Azərbaycan”da yeni direktor təyinatı
Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Rəsmi məzənnələr açıqlandı


























