BOKT investorlara illik 15% gəlir təklif edir - Faizi hər ay ödəniləcək
İllik 15% gəlirli yeni istiqrazlar satışa çıxarılır. “Kəpəz BOKT” 1 milyon manatlıq borclanmaya gedir“Kəpəz BOKT” MMC kapital bazarından 1 milyon manat cəlb etmək üçün istiqraz emissiyasına başlayır.
Marja.az Bakı Fond Birjasının yaydığı məlumata istinadən xəbər verir ki, 19 avqust 2026-cı il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə şirkətin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
İstiqrazların yerləşdirilməsi üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında keçiriləcək.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılacaq. Buraxılışın ümumi həcmi 1 milyon manat təşkil edir.
İstiqrazlar investorların diqqətini illik 15%-lik gəlirlilik dərəcəsi ilə çəkir. Faiz gəlirlərinin istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər ay ödənilməsi nəzərdə tutulur. Hesablamalarda bir ay 30 gün kimi qəbul ediləcək.
Qiymətli kağızların tədavül müddəti 24 aydır. Buraxılışın tam yerləşdirilməsi halında emitentin istiqraz sahiblərinə bir il ərzində ümumilikdə 150 min manat, iki il ərzində isə 300 min manat faiz gəliri ödəməsi nəzərdə tutulur. Aylıq faiz ödənişlərinin ümumi məbləği təxminən 12 min 500 manat təşkil edə bilər.
İstiqrazların yerləşdirilməsi kütləvi və birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. İlkin ticarət qiyməti 100 manat müəyyənləşdirilib. Buraxılışın dövlət qeydiyyat nömrəsi AZ2015020806-dır.
Emissiyanın anderrayteri “Troni İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların təmin edilməmiş olması investisiya qərarı verilərkən emitentin maliyyə vəziyyətinin, borclanma imkanlarının və ödəniş qabiliyyətinin ayrıca qiymətləndirilməsini vacib edir. İnvestorlar emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərlər.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
13 d. əvvəl
İlon Maskın şirkətlərində böyük çöküş – 460 milyard dollar bazar dəyəri silindi
- 25 d. əvvəl
-
27 d. əvvəl
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
52 d. əvvəl
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən mühüm izah
-
57 d. əvvəl
Azərbaycanın avtomobil bazarına yeni marka gəlir — “İlk dəfə. Tezliklə...”
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Ən çox oxunanlar
“Ziraat Bank Azərbaycan”da yeni direktor təyinatı
Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Rəsmi məzənnələr açıqlandı

























