970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı

Açılışla 50 yeni iş yeri yaradılıb. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları və beynəlxalq təşkilat nümayəndələri iştirak edib.

Türkiyənin aparıcı dəb pərakəndə satış brendlərindən biri olan "Fullamoda" bu gün Bakıda, Həzi Aslanov metrostansiyasının çıxışında yerləşən yeni filialının rəsmi açılışını keçirib.

Ümumi sahəsi 4000 kvadratmetrdən artıq olan mağaza brendin Azərbaycanda indiyədək ən böyük filialıdır.

Rəsmi açılış mərasimində Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Birol Akgün, Milli Məclisin deputatları Vüqar İsgəndərov Razi Nurullayev, Xətai rayon İcra Hakimiyyətinin rəsmisi, həmçinin UID Azərbaycanın (Uluslararası Demokratlar Birliyi) sədr müavini Ramazan Karaşahin çıxış ediblər. Tədbirdə biznes və media nümayəndələri də iştirak edib.

"Fullamoda"nın rəhbəri Fərhad Çeğil açılış mərasimində şirkətin genişlənmə strategiyası və gələcək planları barədə qonaqlara məlumat verərək bildirib ki, yeni filialın açılışı ilə 50 yeni iş yeri yaradılıb və ölkəyə böyük həcmdə investisiya qoyulub.

Qeyd edək ki, yeni filial "Fullamoda"nın inkişaf strategiyasında mühüm mərhələni təşkil edir. Əvvəlki filialdan fərqli olaraq, Həzi Aslanov mağazası ilk dəfə olaraq təkcə qadın geyimləri ilə deyil, kişi və uşaq kolleksiyaları ilə də müştərilərə xidmət göstərəcək. Bununla brend ailənin bütün üzvləri üçün vahid alış-veriş ünvanına çevrilir.

Tədbir ənənəvi lent kəsimi mərasimi ilə başa çatıb və mağaza müştərilərin ixtiyarına verilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Fullamoda Fullamoda Azərbaycan Fullamoda Bakı Fullamoda Həzi Aslanov Həzi Aslanov mağazası Fullamoda yeni filial Fullamoda yeni mağaza 4 000 kvadratmetrlik mağaza Azərbaycanda ən böyük Fullamoda mağazası ailəvi konsept mağazası ailəvi alış-veriş qadın geyimləri kişi geyimləri uşaq geyimləri dəb pərakəndə satışı geyim mağazası Türkiyə brendi Türkiyə dəb brendi Azərbaycanda Türkiyə brendləri pərakəndə satış retail Bakı pərakəndə bazarı Həzi Aslanov Xətai rayonu yeni iş yerləri 50 yeni iş yeri Azərbaycana investisiya Fullamoda investisiyası Fərhad Çeğil Birol Akgün Türkiyənin Azərbaycandakı səfiri Vüqar İsgəndərov Razi Nurullayev Ramazan Karaşahin UID Azərbaycan Uluslararası Demokratlar Birliyi mağaza açılışı Bakıda yeni mağaza Azərbaycanda yeni investisiya moda sektoru geyim pərakəndə satışı Fullamoda genişlənmə strategiyası
12.08.2026 18:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19