Dövlət büdcəsinin “kassası” doldu – 7 ayda 23,6 milyard manat gəlir, 3,4 milyard manat artıqlıq
Azərbaycanın büdcə gəlirləri proqnozu ciddi üstələyib - Büdcəyə proqnozdan 856 milyon manat artıq vəsait daxil olub. 7 ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb.2026-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 748 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Bu barədə Marja.az Maliyyə Nazirliyinin məlumatınaa istinadən xəbər verir.
Qeyd edilib ki, cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyaard 594,7 milyon manat təşkil edib ki, bu da proqnozu 855,9 milyon manat və ya 3.8 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 474,1 milyon manat təşkil edərək proqnozdan 848,1 milyon manat və ya 8.0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat təşkil edərək proqnozdan 5,8 milyon manat və ya 21.5 faiz, sair daxilolmalar 427,8 milyon manat təşkil edərək proqnozdan 150,6 milyon manat və ya 54.4 faiz çox, Dövlət Neft Fondundan transfert isə 7 milyard 490,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat təşkil edərək proqnoza qarşı 99.9 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 418,1 milyon manat təşkil edərək proqnoza qarşı 74.1 faiz icra olunub.
Yanvar-iyul ayları ərzində dövlət büdcəsinin xərcləri 20 milyard 174,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1.2 faiz çoxdur.
Büdcənin icrası nəticəsində 3 milyard 420,3 milyon manat artıqlıq (profisit) yaranıb.
2026-cı ilin yanvar-iyul ayları ərzində icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri isə 23 milyard 742,4 milyon manat məbləğində icra edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı






















