"Avant" Bakıxanovda yeni premium layihəyə start verdi: "Green by Avant"da 10% ilkin ödənişlə ipoteka imkanı - FOTO + VİDEO
Bakıxanovda 350 mənzillik nəhəng yaşayış kompleksi təqdim edildi. İlk alıcılar mənzilləri 4,5% endirimlə əldə edəcəklər. Həmçinin Bakıda ev almaq daha əlçatan oldu – Cəmi 10% ödə, mənzil sahibi olAvant Group-un yeni layihəsi olan Green by Avant-ın rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə şirkət rəhbərliyi, tərəfdaşlar, media nümayəndələri və dəvətli qonaqlar iştirak edərək layihənin üstünlükləri və satış şərtləri ilə yaxından tanış olublar.
Bakıxanov qəsəbəsində Ruhulla Axundov 16 ünvanında yerləşən Green by Avant layihəsi müasir memarlığı, funksional planlaşdırması və yaşıl həyat konsepsiyası ilə fərqlənən yeni nəsil yaşayış kompleksidir.
Ümumi sahəsi 1,5 hektar olan layihə 350 mənzildən ibarətdir və sakinlərinə komfortlu, təhlükəsiz və keyfiyyətli həyat tərzi təqdim etməyi hədəfləyir.
Layihənin əsas üstünlüklərindən biri isə ABB və Avant Group arasında imzalanmış tərəfdaşlıq memorandumu çərçivəsində yaradılan yeni maliyyələşdirmə imkanıdır. Artıq alıcılar cəmi 10% ilkin ödəniş etməklə ipoteka krediti vasitəsilə mənzil sahibi ola biləcəklər. Bu əməkdaşlıq Azərbaycanın daşınmaz əmlak bazarında mühüm yenilik olmaqla, geniş auditoriya üçün mənzil əldə etməyi daha əlçatan edir.
Layihədə sahələri 53,94 m²-dən 108 m²-dək dəyişən, müxtəlif ailə tələbatlarına cavab verən mənzil seçimləri təqdim olunur. Bütün mənzillər ağ suvaq (white box) təhvil veriləcək ki, bu da alıcılara interyeri öz zövqlərinə uyğun şəkildə dizayn etmək imkanı yaradacaq.
Green by Avant layihəsinin təqdimatı çərçivəsində alıcılar üçün xüsusi kampaniya da elan olunub. Belə ki, layihədəki 350 mənzilin ilk 10%-i alıcılara 4,5% endirimlə təklif olunacaq. Bu kampaniya yalnız ilk alıcılar üçün nəzərdə tutulub və mənzil sahibi olmaq istəyənlərə sərfəli qiymət şərtlərindən yararlanmaq imkanı yaradır.
Təqdimat mərasimində çıxış edən Avant Group-un təsisçisi Əli Hüseynov bildirib ki, Green by Avant yalnız yaşayış kompleksi deyil, eyni zamanda insanların rahatlığını, təhlükəsizliyini və rifahını ön planda tutan müasir həyat konsepsiyasıdır. Layihədə yaşıllıq zolaqları, istirahət məkanları, uşaqlar üçün oyun sahələri və gündəlik həyatı daha rahat edən infrastruktur elementləri nəzərdə tutulub.
Layihə haqqında ətraflı məlumat əldə etmək və kampaniyadan yararlanmaq üçün *0241 və ya Bakıxanov qəs. Ruhulla Axundov 16 ünvanında yerləşən Green by Avant layihəsinin satış ofisinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Avant" Bakıxanovda yeni premium layihəyə start verdi: "Green by Avant"da 10% ilkin ödənişlə ipoteka imkanı - FOTO + VİDEO
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 18 d. əvvəl
-
-
23 d. əvvəl
Azərbaycan Prezidenti haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib
-
1 saat əvvəl
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 15 milyon manatlıq istiqraz təqdim edir - ABUNƏ YAZILIŞI BAŞLADI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl 7 həftənin ən yüksək səviyyəsi yaxınlığında sabit qalıb
-
2 saat əvvəl
Sony və TSMC Yaponiyada təsvir sensorları istehsalına 6,3 milyard dollar yatıracaq
-
2 saat əvvəl
Neft qiymətləri Hörmüz ilə bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda yüksəlib
-
2 saat əvvəl
“Girdimançay-I” qum-çınqıl yatağı investorlara təklif olunacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
AccessBank 75 milyon dollaarlıq kredit xətti cəlb edib
"Avant" Bakıxanovda yeni premium layihəyə start verdi: "Green by Avant"da 10% ilkin ödənişlə ipoteka imkanı - FOTO + VİDEO
Rəsmi məzənnələr açıqlandı
Qızıl 7 həftənin ən yüksək səviyyəsi yaxınlığında sabit qalıb
Ən çox oxunanlar
“Girdimançay-I” qum-çınqıl yatağı investorlara təklif olunacaq
Tramp: İranla danışıqlar sakit şəkildə aparılır
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı






















