Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank faiz qərarını açıqladı

Faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb
AzVak-mobil_resmin_ustu_31
Mərkəzi Bank faiz qərarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Marja.az Azərbaycan Mərkəzi Bankının press-relizini təqdim edir.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 İyul 2026-cı il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində).

Xatırladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin 24 İyun 2026-cı il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdı (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində).

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb. Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir. 

İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25.6%-ə enib.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə əhəmiyyətli artdığı şəraitdə Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 2.2 mlrd. ABŞ dolları məbləğində və ya 19.5% artaraq 13.8 mlrd. ABŞ dolları təşkil etmişdir.

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin I yarısında ölkənin xarici ticarətində 8 mlrd. ABŞ dollarına yaxın məbləğdə müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-iyun aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 540.6 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 82.8% artıb. Mərkəzi Bankın 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib. Bu, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır. 

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin may və iyun aylarında 6.43%, iyul ayının ötən dövründə isə 6.39% olub. Məcburi ehtiyat kimi saxlanmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin I yarısının sonuna 6 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.1 dəfə artıb. Bu da bankların kreditvermə potensialının kifayət qədər yüksək olduğunu göstərir. Likvidliyi idarə etmək üçün Mərkəzi Bank tərəfindən əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. Bu əməliyyatların payı iyun ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 84.3% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. Son 3 ayda bütün müddətlər üzrə notların gəlirliliyində, habelə gəlirlilik əyrisinin ortamüddətli və uzunmüddətli hissələrində azalma qeydə alınıb. Eyni zamanda, yeni cəlb olunmuş manatla müddətli depozit və əmanətlər üzrə faiz dərəcələrində ötən ilin iyul ayı (uçot dərəcəsinin azaldığı ay) ilə müqayisədə cari ilin iyun ayında azalma müşahidə olunub.

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə illik inflyasiyanın 2026-cı ilin sonunda 6.1%, 12 ay sonra (yəni 2027-ci ilin iyun ayında) 6%, 2027-ci ilin sonunda isə 5.8% olacağı gözlənilir. Beləliklə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəfə qayıdacağı gözlənilir. Qeyd edilməlidir ki, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır.

Mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu yolla ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır. Tərəfdaşlardakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Daxili tələb amillərinin isə mövcud fiskal və pul siyasəti fonunda inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil.

Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası da nəzərə alınacaqdır. O cümlədən qərarlar verilərkən manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaqdır. 

 Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il sentyabr ayının 23-də ictimaiyyətə açıqlanacaqdır.

İş elanları AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı AMB faiz dəhlizi uçot dərəcəsi faiz dərəcələri pul siyasəti inflyasiya illik inflyasiya baza inflyasiyası inflyasiya proqnozu manatın məzənnəsi valyuta bazarı valyuta təklifi valyuta tələbi valyuta ehtiyatları dollarlaşma səviyyəsi xarici valyuta valyuta müdaxiləsi xarici ticarət saldosu cari əməliyyatlar hesabı pul baratları bank sistemi bankların likvidliyi struktur likvidlik profisiti kreditvermə potensialı AZIR dərəcəsi depozit faizləri manatla əmanətlər məcburi ehtiyatlar açıq bazar əməliyyatları sterilizasiya portfeli Mərkəzi Bankın notları notların gəlirliliyi enerji qiymətləri ərzaq qiymətləri idxal inflyasiyası nominal effektiv məzənnə makroiqtisadi göstəricilər Azərbaycan iqtisadiyyatı
31.07.2026 10:00
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19