Azərbaycan banklarının 4,6 milyard manat sərbəst vəsaiti var – Kreditləşməyə yönəldilə bilər
2026-cı ilin iyun ayının sonuna Azərbaycanın bank sektorunun sərbəst vəsaitlərinin həcmi 4,6 milyard manat təşkil edib.
Marja xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bank sektoru yüksək izafi likvidlik şəraitində fəaliyyətini davam etdirir. Məcburi ehtiyatlar nəzərə alınmadan sektorun struktur likvidliyi 6 milyard manat təşkil edir.
“Banklar Mərkəzi Bankın likvidliklə bağlı bütün tələblərini yerinə yetirir. Bu tələblər nəzərə alındıqdan sonra bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti qalır. Banklar bu vəsaitləri həm kapital bazarlarına, həm də kreditləşməyə yönəldə bilərlər”, – Taleh Kazımov bildirib.
Depozit faizləri azalıb
AMB sədrinin sözlərinə görə, 2025-ci ilin iyun ayı ilə müqayisədə fiziki şəxslərdən yeni cəlb edilmiş depozitlər üzrə faiz dərəcələri 0,5 faiz bəndi azalıb. Hüquqi şəxslərin yeni depozitləri üzrə faiz dərəcələrində isə 0,3 faiz bəndi azalma qeydə alınıb.
Kredit faizlərində də enmə var
Eyni dövrdə fiziki şəxslərə yeni verilmiş kreditlər üzrə faiz dərəcələri 0,2 faiz bəndi, hüquqi şəxslərə verilmiş yeni kreditlər üzrə faizlər isə 0,3 faiz bəndi aşağı düşüb.
Taleh Kazımov bildirib ki, depozit və kredit faizlərinin azalması Mərkəzi Bankın əvvəlki qərarlarının maliyyə bazarına ötürülməsini göstərir.
AMB 2025-ci il ərzində uçot dərəcəsini ümumilikdə 0,75 faiz bəndi aşağı salıb. Mərkəzi Bank sədrinin sözlərinə görə, bu yumşalma bankların depozit və kredit faizlərinə də azaldıcı təsir göstərib.
AZIR uçot dərəcəsinə yaxın idarə olunur
Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın pul siyasətində əsas istinad göstəricilərindən biri AZIR – Azərbaycan Banklararası Faiz Dərəcəsidir. AZIR göstəricisi Mərkəzi Bankın uçot dərəcəsi ətrafında idarə olunur. Bu, pul siyasəti qərarlarının banklararası bazara və sonrakı mərhələdə depozit və kredit faizlərinə ötürülməsi baxımından əsas göstəricilərdən hesab edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
7 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
11 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
11 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə























