970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Toyota yenə dünyanın ən çox avtomobil satan şirkəti oldu – Volkswagen ilə fərq böyüdü

Toyota Volkswagen-dən 1 milyon 264 min 784 avtomobil çox satıb.
AzVak-mobil_resmin_ustu_31
Toyota yenə dünyanın ən çox avtomobil satan şirkəti oldu – Volkswagen ilə fərq böyüdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Toyota Motor” 2026-cı ilin ilk yarısında qlobal avtomobil satışlarına görə liderliyini qoruyub. Yaponiya şirkəti yanvar-iyun dövründə 5 milyon 390 min 484 avtomobil sataraq ardıcıl yeddinci dəfə ilin ilk yarısını dünyanın ən böyük avtomobil satıcısı kimi başa vurub.

Marja.az Toyota-nın rəsmi hesabatına istinadən xəbər verir ki, qrupun satışları ötən ilin eyni dövrü ilə müqayisədə 154 min 945 ədəd və ya 2,8% azalıb. Toyota 2025-ci ilin ilk yarısında 5 milyon 545 min 429 avtomobil satmışdı.

Reklam_3_11

Satışlardakı geriləməyə baxmayaraq, şirkət əsas rəqibi “Volkswagen Group” üzərində üstünlüyünü daha da artırıb. Almaniya konserninin qlobal tədarükləri 279 min 700 ədəd və ya 6,3% azalaraq 4 milyon 405 min 400 avtomobildən 4 milyon 125 min 700 avtomobilə düşüb.

Beləliklə, Toyota Volkswagen-dən 1 milyon 264 min 784 avtomobil çox satıb. Toyota-nın satışları rəqibindən 30,7% yüksək olub. Bir il əvvəl iki şirkət arasındakı fərq 1 milyon 140 min avtomobil təşkil edirdi. Yəni Toyota-nın üstünlüyü bir il ərzində 124 min 755 avtomobil genişlənib. Volkswagen-in rəsmi məlumatına görə, qrupun satışlarının azalmasına əsasən Çində tədarüklərin 25,9% düşməsi təsir göstərib.

Toyota-nı Çin bazarı zəiflədib

Toyota və Lexus markalarının birlikdə qlobal satışları 150 min 933 ədəd və ya 2,9% azalaraq 5 milyon 8 min 898 avtomobil təşkil edib. Ən böyük azalma Çin bazarında qeydə alınıb. Toyota və Lexus-un Çindəki satışları 143 min 74 ədəd və ya 17,1% azalaraq 694 min 670 avtomobilə düşüb. Şirkət bunu bazardakı mürəkkəb şərait və benzin qiymətlərinin yüksəlməsi ilə əlaqələndirib.

Yaxın Şərqdə satışlar 60 min 399 ədəd və ya 21,6% azalaraq 218 min 855 avtomobil, Okeaniyada isə 26 min 673 ədəd və ya 17,9% azalaraq 122 min 331 avtomobil olub.

Şimali Amerika və Yaponiya itkilərin bir hissəsini kompensasiya edib. Şimali Amerikada satışlar 13 min 362 ədəd və ya 0,9% artaraq 1 milyon 452 min 343 avtomobilə çatıb. Yaponiyada satışlar 36 min 276 ədəd və ya 4,7% artaraq 804 min 721 avtomobil təşkil edib.

Şimali Amerikada hibrid avtomobillərə, “Camry” və “4Runner” modellərinə davamlı tələbat satışları dəstəkləyib. Bununla belə, yeni “RAV4” modelinə keçid prosesi artımı məhdudlaşdırıb. Yaponiyada isə yeni “RAV4” və tam elektrikli “bZ4X” modelləri satışların yüksəlməsinə töhfə verib. Reuters Toyota-nın qlobal satış və istehsalının iki ildən sonra ilk dəfə azaldığını bildirir.

Satılan hər iki Toyota-dan biri elektrikləşdirilmiş avtomobil olub

Hesabat dövründə Toyota və Lexus-un elektrikləşdirilmiş avtomobil satışları 225 min 47 ədəd və ya 9,1% artaraq 2 milyon 707 min 302 avtomobilə çatıb. Bu avtomobillərin ümumi satışlardakı payı əvvəlki ilin 48,1%-dən 54%-ə yüksəlib.

Hibrid avtomobil satışları 97 min 802 ədəd və ya 4,4% artaraq 2 milyon 330 min 877 avtomobil təşkil edib. Tam elektrikli avtomobillərin satışları isə 111 min 87 ədəd və ya 2,4 dəfə artaraq 193 min 172 avtomobilə çatıb.

Bununla belə, tam elektrikli avtomobillərin Toyota və Lexus-un ümumi satışlarındakı payı hələ də cəmi 3,9%-dir. Hibridlərin payı isə 46,5% təşkil edir. Bu göstəricilər Toyota-nın qlobal liderliyinin əsas dayağının tam elektrikli modellərdən daha çox hibrid avtomobillər olduğunu göstərir.

Qrup üzrə “Daihatsu”nun satışları 7,4% artaraq 353 min 700 avtomobil olub. “Hino Motors” üzrə isə yalnız yanvar-mart dövrünün 27 min 886 avtomobillik nəticəsi ümumi göstəriciyə daxil edilib. Toyota-nın məlumatına görə, 2026-cı ilin aprelindən etibarən qrupun aylıq nəticələri Hino nəzərə alınmadan hesablanır.

İş elanları AzVak.az-da

31.07.2026 11:30
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19