Qızılın qiyməti 4 min dollardan aşağı düşüb – rekord səviyyədən təxminən 29% ucuzlaşıb
Qızılın qiyməti 4 min dollar həddinin altında qalmaqda davam edir. Yaxın Şərqdə hərbi gərginliyin neft qiymətlərini yüksəltməsi inflyasiya və ABŞ-də faiz dərəcələrinin artırılması ilə bağlı narahatlıqları gücləndirərək qiymətli metal üzərində təzyiq yaradır.
Marja.az xəbər verir ki, 17 iyul 2026-cı il tarixində spot qızılın bir unsiyasının qiyməti 3 988,20 dollar ətrafında olub. Qızıl günün əvvəlində iyulun 1-dən bəri ən aşağı səviyyəyə düşsə də, sonradan itkilərini bərpa edərək əvvəlki bağlanışla müqayisədə 0,5% bahalaşıb.
Bununla belə, qiymətli metal əvvəlki ticarət sessiyasında təxminən 1,8% ucuzlaşıb. Qızıl cari həftənin əvvəlindən isə 3,2% dəyər itirib və son altı həftənin ən böyük həftəlik enişini göstərməyə doğru gedir. Reuters
Zirvədən 1620 dollar geriləyib
Qızıl 2026-cı ilin yanvarında bir unsiya üçün 5 608,35 dollarla tarixi maksimuma yüksəlmişdi. Hazırkı 3 988,20 dollarlıq qiymətlə müqayisədə qiymətli metal rekord səviyyədən 1 620,15 dollar və ya 28,9% ucuzlaşıb.
Başqa sözlə, yanvar ayında qızılın bir unsiyasına yatırılan 5 608 dolların bazar dəyəri hazırda təxminən 3 988 dollara düşüb. Trading Economics
Geosiyasi gərginlik bu dəfə qızıla deyil, dollara dəstək verir
Adətən geosiyasi risklər qızıla tələbi artırsa da, hazırkı mərhələdə Yaxın Şərqdə gərginliyin təsiri fərqli istiqamətdə özünü göstərir. ABŞ və İran arasında qarşılıqlı zərbələr, Hörmüz Boğazından neft axınının məhdudlaşması və enerji təchizatında uzunmüddətli fasilə ehtimalı neft qiymətlərini kəskin yüksəldib.
Neft cari həftə ərzində təxminən 12% bahalaşıb. Enerji qiymətlərindəki yüksəliş ABŞ-də inflyasiyanın yenidən sürətlənə biləcəyi qorxusunu gücləndirib. Bu isə Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yüksək səviyyədə saxlaması, hətta yenidən artırması ehtimalını gündəmə gətirib.
Faiz gəliri gətirməyən qızıl yüksək faiz mühitində istiqrazlar və digər gəlirli maliyyə alətləri qarşısında cəlbediciliyini itirir. ABŞ istiqrazlarının gəlirliliyinin və dolların möhkəmlənməsi də qızılın qiymətinə əlavə təzyiq göstərir.
ABŞ-də açıqlanan inflyasiya göstəricilərinin proqnozlardan aşağı olması iyulda faiz artımı ehtimalını zəiflədib. Lakin bazar iştirakçıları Fed-in ilin sonrakı aylarında hansı qərarı verəcəyi məsələsində hələ də yekdil deyillər. Dekabrda faiz artımı ehtimalı təxminən 73% səviyyəsində qiymətləndirilir.
Qızıl daha nə qədər ucuzlaşa bilər?
Qızılın 4 000 dollar həddinin altında möhkəmlənməsi satış təzyiqini artıra bilər. Bazar qiymətləndirmələrinə əsasən, mümkün eniş ssenarisində aşağıdakı səviyyələr diqqət mərkəzində olacaq:
3 800 dollar – ilkin yaxın texniki hədəf;
3 700 dollar – satışların dərinləşəcəyi təqdirdə növbəti mühüm dəstək;
3 500 dollar – daha sərt eniş ssenarisi;
3 450–3 250 dollar – Bank of America-nın mərhələli alış strategiyasında tam mövqe üçün nəzərdə tutduğu zona.
Hazırkı 3 988,20 dollar səviyyəsindən 3800 dollara eniş əlavə 4,7%, 3 00 dollara düşmə 12,2%, 3250 dollara geriləmə isə 18,5% ucuzlaşma deməkdir.
Qızıl bazarında əsas risk artıq təkcə geosiyasi gərginlik deyil, həmin gərginliyin neft və inflyasiya üzərindən Fed-in pul siyasətinə təsiridir. Neft qiymətləri yüksək qaldıqca, dollar və istiqraz gəlirlilikləri güclənə, qızıl üzərində təzyiq davam edə bilər.
Lakin mərkəzi bankların qızıl alışları, fiziki tələbin canlanması və geosiyasi vəziyyətin daha təhlükəli mərhələyə keçməsi enişi məhdudlaşdıra bilər. Buna görə 3800–3700 dollar yaxın perspektiv üçün mümkün eniş zonası, 3500–3250 dollar aralığı isə daha sərt və riskli ssenari kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
7 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
7 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
8 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
8 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
8 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi




















