Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AmCham Azərbaycan” yeni İşçi qrupu yaradıb, sədr təyin edilib

“AmCham Azərbaycan” qida və kənd təsərrüfatı sektorunun inkişafına dəstək məqsədilə yeni İşçi qrupu yaradıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
“AmCham Azərbaycan” yeni İşçi qrupu yaradıb, sədr təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2026–2028-ci illər üçün müəyyən etdiyi əsas strateji prioritetlərdən biri olan qida və aqrar sahə üzrə fəaliyyətini genişləndirərək yeni Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun yaradıldığını elan edib.

İşçi Qrupunun əsas məqsədi qida və kənd təsərrüfatı sektorun dayanıqlı və rəqabətqabiliyyətli inkişafını dəstəkləmək, biznes və dövlət arasında sistemli dialoqu gücləndirmək, eləcə də sektor üzrə praktiki təşəbbüslərin formalaşdırılmasına töhfə verməkdir.

Qarşıya qoyulan məqsədlər çərçivəsində İşçi Qrupu biznes və tənzimləyici mühitin təhlili, dövlət-özəl sektor dialoqunun inkişafı, aqrar innovasiyalar və “Agriculture 4.0” texnologiyalarının təşviqi, maliyyə və sığorta imkanlarına çıxışın genişləndirilməsi, ixrac potensialının və beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi, eləcə də dayanıqlı kənd təsərrüfatı və ESG yanaşmalarının təşviqi istiqamətlərində fəaliyyət göstərəcək.

Bu istiqamətlər üzrə fəaliyyətin səmərəli əlaqələndirilməsi və İşçi Qrupuna rəhbərlik etmək məqsədilə “ASR Development Consulting Group” MMC-nin Baş direktoru cənab Elxan Mikayılov Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun sədri təyin edilib.

Elxan Mikayılov kənd təsərrüfatı, qida təhlükəsizliyi, iqtisadi siyasət və institusional idarəetmə sahələrində geniş rəhbərlik və ekspert təcrübəsinə malikdir. O, 2018–2026-cı illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində sədrin müşaviri və Aparat rəhbəri vəzifələrində çalışaraq qida təhlükəsizliyi sisteminin inkişafı, institusional idarəetmənin təkmilləşdirilməsi və müvafiq dövlət siyasətinin icrasına töhfə verib. Elxan Mikayılov, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sektor müdiri vəzifəsində çalışaraq iqtisadi sektorlar üzrə strateji təşəbbüslərin əlaqələndirilməsində iştirak edib. O, eyni zamanda USAID, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi və Avropa İttifaqının proqramları çərçivəsində ticarət, investisiya və özəl sektorun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə töhfə verib. Elxan Mikayılov hazırda ASR Development Consulting Group-un baş direktoru vəzifəsində çalışır və iqtisad üzrə fəlsəfə doktorudur.

Bu təşəbbüslə AmCham Azərbaycan üzv şirkətlərin bilik və təcrübəsini konkret həllərə çevirməyi, sektor iştirakçıları arasında koordinasiyanın gücləndirilməsini və prioritet məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılmasını, o cümlədən Azərbaycanın qida və aqrar ekosisteminin uzunmüddətli inkişafına töhfə verməyi hədəfləyir. AmCham Azərbaycan açıq dialoq platforması olaraq biznes ictimaiyyətinin rəy və təkliflərini dinləməyə, müvafiq təşəbbüsləri İşçi Qrupunun fəaliyyətində nəzərə almağa və sektorun inkişafına yönəlmiş əməkdaşlıqları dəstəkləməyə hər zaman hazır olduğunu bildirib.

“AmCham Azərbaycan” haqqında

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.

AmCham Azərbaycan Qida və Kənd Təsərrüfatı İşçi Qrupu Elxan Mikayılov ASR Development Consulting Group qida sektoru kənd təsərrüfatı aqrar sektor aqrar inkişaf qida təhlükəsizliyi Agriculture 4.0 aqrar innovasiyalar dayanıqlı kənd təsərrüfatı ESG yanaşmaları dövlət-özəl sektor dialoqu biznes və dövlət əməkdaşlığı aqrar maliyyələşmə kənd təsərrüfatı sığortası ixrac potensialı beynəlxalq standartlar aqrar texnologiyalar rəqabətqabiliyyətli aqrar sektor qida və aqrar ekosistem Azərbaycan iqtisadiyyatı biznes mühiti özəl sektorun inkişafı aqrar siyasət investisiya imkanları qida sənayesi AmCham strateji prioritetləri 2026–2028 strategiyası üzv şirkətlər biznes assosiasiyası aqrar islahatlar iqtisadi siyasə
15.07.2026 07:23
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19