Sahibkar: "Uzunmüddətli kreditləşmə imkanları yarandıqdan sonra tikinti bumu regionlara da yayılacaq"
"Uzunmüddətli maliyyələşdirmə mexanizmlərinin olmaması səbəbindən regionlardakı daşınmaz əmlak bazarı faktiki olaraq bloklanıb"“Kristal”ın layihələri ənənəvi olaraq Bakı, Sumqayıt və Abşeron ərazisində həyata keçirilir. Azərbaycanın iri tikinti şirkətləri nə üçün demək olar ki, ölkənin regionlarında fəaliyyət göstərmirlər.
“Kristal” tikinti şirkətinin Müşahidə Şurasının sədri, tanınmış azərbaycanlı sahibkar Mahayət Nəbiyev bildirib ki, bu, mənim üçün çox vacib və ağrılı məsələlərdən biridir:
"Regionlarda tələb böyükdür. Əhali artır, insanlar yaşayış şəraitlərini yaxşılaşdırmaq istəyirlər və paytaxtı daha da yükləyərək kütləvi şəkildə Bakıya köçmək niyyətində deyillər. Lakin uzunmüddətli maliyyələşdirmə mexanizmlərinin olmaması səbəbindən regionlardakı daşınmaz əmlak bazarı faktiki olaraq bloklanıb.
Daha əvvəl də qeyd etdiyim kimi, təminat qeydiyyatı sistemi işə salınmadığı üçün banklar rayonlarda tikinti mərhələsində olan mənzillər üçün uzunmüddətli dövlət ipotekası verə bilmirlər.
Yerli əhalinin isə, bir qayda olaraq, mənzilin bütün dəyərini birdəfəlik ödəmək və ya qısamüddətli 2–3 illik daxili kredit çərçivəsində tamamlamaq imkanı yoxdur.
Uzunmüddətli və aydın satış mexanizmi olmadan regionlarda öz vəsaitləri hesabına tikinti aparmaq istənilən tikinti şirkəti üçün böyük iqtisadi riskdir.
Tam şəffaf reyestr sistemi fəaliyyətə başladıqdan və 20–25 illik əlçatan uzunmüddətli kreditləşmə imkanları yarandıqdan sonra tikinti bumu regionlara da yayılacaq. Regionlarda yaşayış şəraiti paytaxtdakından geri qalmamalıdır".
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
7 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
8 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
8 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
8 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
8 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi























