970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik. Avstriya və Almaniyaya da qaz ixracına başlamışıq"

AzVak-mobil_resmin_ustu_31
"Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik. Avstriya və Almaniyaya da qaz ixracına başlamışıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var".

Marja xəbər verir ki, u sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Yəni avropalı tərəfdaşlarla təmaslarımızda biz bu mesajı çatdırırıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var, birgə səy göstərərək qaz nəqli sisteminin genişləndirməsi ehtiyacı var”.

XXX

"Biz artıq Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək bizim ümumi strategiyamızın tərkib hissəsidir".

Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.

Dövlətimizin başçısının sözlərinə görə, Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq.

İş elanları AzVak.az-da

"Biz artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edirik. Bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək", - bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.

“Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

13.07.2026 10:52
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar