Universitetə getmədən diplom almaq istəyənlərin nəzərinə: Diplomunuz tanınmaya bilər
Xaricdə “onlayn təhsil” alanlara sərt xəbərdarlıq.Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bəyan edir ki, Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
"Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.
Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.
Belə ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.
Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (https://e-qanun.az/framework/54957), həmçinin https://tkta.edu.az/az/media/faq FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik.
Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq".
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
7 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
8 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
8 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
8 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
9 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
























