Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
Turizmdə həyəcan siqnalı: Turistlər daha az pul xərcləyir. Azərbaycana gələnlərin sayı da, xərclədiyi pul da azalıb. Ən çox zərbə otellərə dəyib. Əcnəbi turistlərin Azərbaycanda xərcləri 1 milyard manata çatmayıb. Onların xərclədiyi pul 5 ayda 281 milyon manat azalıb.Bu ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib.
Rəsmi statistikaya əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 5 ay ərzində nəqliyyata 430 milyon 928,8 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,3 % azalıb.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32 % azalaraq 171 milyon 750,2 min manat təşkil edib.
Turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1 % azdır.
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 20 % azalaraq 5 milyon 489,4 min manat olub.
Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8 % azalıb.
Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7 %), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9 %), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1 % ) xərclənib.
Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 8,9 % azalaraq 283 milyon 455,9 min manat təşkil edib.
Türkiyədən gələn turistlərin xərcləri 126 milyon 424,8 min manat olub ki, bu da illik müqayisədə 2 % azalıb. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 52 milyon 729,2 min manata düşüb.
Bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Məlumata görə, gələnlərin 27,2 %-i Rusiya, 22 % i Türkiyə, 8,4 %-i İran, 5 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,3 %-i Çin, 2 %-i İsrail, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,8 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 69,6 %-ni kişilər, 30,4 %-ni qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 % artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3 % artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 % azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 % azalaraq 385,8 min nəfər olub.
Ölkəyə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı






















