Rabitəbankdan 33 illiyinə özəl "30+3" Lombard kampaniyası
Lombard krediti üzrə komissiya haqqına 30%-dək, kredit faizinə isə 3%-dək endirim!(®) Rabitəbank fəaliyyətinin 33 illiyini müştəriləri üçün xüsusi kampaniya ilə qeyd edir. Bank yubiley münasibətilə təqdim etdiyi "30+3" Lombard kampaniyası çərçivəsində Lombard krediti üzrə komissiya haqqına 30%-dək, kredit faizinə isə 3%-dək endirim imkanı yaradır.
"30+3" kampaniyası qızıl-zinət əşyalarını girov qoyaraq sürətli maliyyə vəsaiti əldə etmək istəyən müştərilər üçün daha sərfəli kredit şərtləri təqdim edir. Kampaniya çərçivəsində tətbiq olunan endirimlər kreditdən daha əlverişli şərtlərlə yararlanmağa imkan verir.
Bu kampaniya 29 iyun – 31 iyul 2026-cı il tarixlərində qüvvədə olacaq.Müştərilər kampaniya müddətində 70 000 AZN-dək məbləğdə və 48 ayadək müddətə Lombard krediti əldə edə bilərlər. Bu zaman komissiya haqqına 30%-dək, kredit faizinə isə 3%-dək endirim tətbiq olunur.
Ətraflı məlumat və kampaniyadan faydalanmaq üçün linkə keçid edə bilərsiniz.https://rbt.az/33-lmbrd
33 illik fəaliyyətini qeyd edən Rabitəbank müştərilərinin maliyyə ehtiyaclarına uyğun innovativ və sərfəli həllər təqdim etməyə davam edir. Yubiley münasibətilə həyata keçirilən kampaniyalar bankın müştəriyönümlü yanaşmasının və uzunmüddətli etibarlı tərəfdaşlıq prinsipinin növbəti nümunəsidir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 22 saat sonra
- 7 saat əvvəl
-
10 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
14 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
14 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib




















