Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakının daşınmaz əmlak bazarı sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit fazaya keçib - PALATA

Nərimanov, Nəsimi, Yasamal və Ağ Şəhər ərazilərində yüksək tələb və məhdud təklif möcuddur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının daşınmaz əmlak bazarı sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit fazaya keçib - PALATA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.

Marja.az Palataya istinadən xəbər verir ki, 2026-cı ilin aprel ayında paytaxtın daşınmaz əmlak bazarının indeksi 101.8 səviyyəsinə yüksəlib və bu, 2025-ci ilin dekabr ayı ilə müqayisədə 1.8 faiz artımın qeydə alındığını göstərir. Müşahidə olunan dinamika bazarın sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit, selektiv və fundamental göstəricilərə əsaslanan balanslı inkişaf fazasına keçdiyini təsdiqləyir.

İndeksin strukturunda ən yüksək çəkiyə malik olan yeni tikili mənzil seqmenti 38 faizlik payla bazarın əsas hərəkətverici komponenti olaraq qalır. Bu seqmentdə 102.6 indeks səviyyəsi qeydə alınaraq 2.6 faiz artım baş verib. Bu artım əsasən şəhərin mərkəzi və premium zonalarında, xüsusilə Nərimanov, Nəsimi, Yasamal və Ağ Şəhər ərazilərində yüksək tələb və məhdud təklif fonunda formalaşıb. Bununla yanaşı, kütləvi yaşayış layihələrində artım tempinin zəifləməsi bazarın daha rasional qiymət davranışına keçid etdiyini göstərir.

Köhnə tikili mənzil seqmenti 27 faizlik çəkisi ilə bazarda ikinci ən böyük komponent olaraq qalır. Burada 101.6 indeks səviyyəsi ilə 1.6 faiz artım müşahidə olunub. Bu seqmentdə qiymət dinamikası nisbətən zəif olmaqla bəzi alt bazarlarda lokal korreksiya elementləri də qeydə alınıb. Bununla belə orta və median qiymət göstəricilərinin yaxınlığı bazarın struktur baxımından hələ də stabil olduğunu təsdiq edir.

Həyət evləri seqmenti 16 faizlik çəki ilə ümumi indeksin formalaşmasında mühüm rol oynayır və burada 102.5 indeks göstəricisi ilə 2.5 faiz artım baş verib. Bu seqmentdə qiymətlərin əsas formalaşdırıcı amili torpaq komponenti olaraq qalır və xüsusilə yüksək tələbatlı şəhər zonalarında torpaq dəyərinin sabit yüksək səviyyəsi ümumi artımı dəstəkləyir.

Torpaq bazarı 10 faizlik çəkiyə malik olmaqla 102.6 indeks səviyyəsinə yüksəlib və 2.6 faiz artım nümayiş etdirib. Bu artım əsasən development potensialı yüksək olan ərazilərə, xüsusilə Nərimanov, Xətai, Səbail və Nizami rayonlarında yerləşən sahələrə artan tələbatla izah olunur. Şəhərsalma layihələrinin aktivliyi bu seqmentdə qiymətlərin dayanıqlığını gücləndirən əsas faktor kimi çıxış edir.

Kommersiya daşınmaz əmlak bazarı 8 faizlik çəki ilə ümumi indeksə daxil olmaqla 100.0 səviyyəsində sabit qalaraq 0 faiz dəyişiklik nümayiş etdirib. Bu seqmentdə qiymət davranışları obyektlərin tipologiyasına görə ciddi fərqlilik göstərir. Premium kiçik sahəli obyektlərdə yüksək qiymət səviyyəsi qorunub saxlanıldığı halda, iri sahəli və anbar tipli obyektlərdə daha aşağı və sabit qiymət diapazonu müşahidə olunur. Bu struktur fərqlər bazarın ümumi sabitlik göstəricisini formalaşdıran əsas amillərdən biridir.

Qaraj bazarı 1 faizlik kiçik çəkiyə malik olmasına baxmayaraq ümumi indeksə təsir göstərən seqmentlərdən biridir və burada 97.6 indeks səviyyəsi ilə 2.4 faiz azalma qeydə alınıb. Bu azalma əsasən aşağı likvidlik, məhdud tələb və funksional istifadə strukturunun daralması ilə əlaqədardır.

Ümumilikdə, AQP indeksinin komponentləri üzrə çəkili dinamika göstərir ki, bazarın artım tempi artıq genişmiqyaslı və sinxron deyil, daha çox seçici və seqmentləşmiş xarakter daşıyır. Yeni tikili və torpaq seqmentləri bazarın əsas artım lokomotivləri olaraq qalarkən, köhnə tikili və kommersiya seqmentləri daha stabil, qaraj bazarı isə zəif eniş trendi ilə fərqlənir.

Nəticə etibarilə, 2026-cı ilin aprel göstəriciləri Bakı daşınmaz əmlak bazarının artıq daha yetkin mərhələyə keçdiyini, qiymət formalaşmasının daha çox fundamental amillər və seqmentlərarası balans əsasında müəyyənləşdiyini göstərir. AQP metodologiyası isə bu struktur dəyişiklikləri yüksək dəqiqliklə əks etdirən analitik çərçivə kimi bazarın real davranış modelini təqdim edir.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) dövrü olaraq daşınmaz əmlak, nəqliyyat və tikinti indekslərini təqdim edir. 

İş elanları AzVak.az-da

daşınmaz əmlak bazarı Azərbaycan AQP indeksləri Azərbaycan Qiymətləndiricilər Palatası Bakı daşınmaz əmlak bazarı 2026 aprel daşınmaz əmlak indeksi Bakı ev qiymətləri 2026 yeni tikili mənzillər Bakı köhnə tikili mənzillər Bakı Bakı mənzil qiymətləri artımı əmlak bazarı analizi Azərbaycan torpaq bazarı Bakı kommersiya daşınmaz əmlak bazarı Bakı torpaq qiymətləri həyət evləri bazarı Azərbaycan əmlak indeksləri AQP daşınmaz əmlak statistikası əmlak bazarında sabitlik
07.05.2026 15:00
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19