Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Fond Birjası “Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları” nda dəyişikliklər etdiyini rəsmi olaraq elan edir.

Yenilənmiş qaydalar emitentlər, investorlar və birja iştirakçıları üçün daha şəffaf, sadələşdirilmiş və beynəlxalq standartlara uyğun bir çərçivə təqdim edir.

Marja Birjaya istinadən xəbər verir ki, əsas dəyişikliklər aşağıdakıları əhatə edir:

Listinq seqmentinə alınma və listinqdə saxlanma tələblərinin təkmilləşdirilməsi – yenilənmiş tələblər kapital bazarının inkişafına, bazarın dərinliyinin artmasına, təkrar bazar likvidliyinin təmin olunmasına və yeni emitentlərin cəlb edilməsinə xidmət edir.

Yeni İnkişaf Bazar seqmentinin tətbiqi – real sektordan olan (qeyri-maliyyə) şirkətlərin sərbəst tədavül həcminə malik səhmlərini Birjada emissiya etməsinə və təkrar bazarda ticarətini həyata keçirməsinə imkan yaradılır.

Açıqlanma tələblərinin gücləndirilməsi – listinqdə olan şirkətlər üçün müntəzəm olaraq açıqlanmalı olan məlumatlar və hesabatlara dair tələblər strukturlaşdırılır.

Delistinq prosedurlarının tənzimlənməsi – investorların maraqlarının qorunması baxımından delistinq əsasları və prosedur tələbləri aydınlaşdırılır.

Yenilənmiş qaydalar 6 may 2026-cı ildən qüvvəyə minəcək. Sənədin tam mətni BFB-nin rəsmi saytının "Qaydalar" bölməsindən əldə edilə bilər.

Qaydalarda bildirilir: 

Qiymətli kağızların listinq seqmentləri və listinqə daxil edilməsi şərtləri

Birjada səhmlər yalnız kütləvi təklif üsulu ilə yerləşdirilməklə Əsas, Standart və İnkişaf bazarı seqmentləri üzrə listinqə daxil edilir.

Səhmlərin Əsas bazar listinq seqmentinə daxil edilməsi üçün olan tələblər:

-Emitent Açıq Səhmdar Cəmiyyət olmalı və qiymətli kağızlarının buraxılışını kütləvi təklif üsulu ilə həyata keçirməlidir.

- Emitentin qeydiyyatdan keçmiş və ödənilmiş nizamnamə kapitalı ən azı 10 000 000 (on milyon) manat olmalıdır.

- Emitentin qeydiyyatdan keçmiş adi, adlı səhmlərinin ən azı 5%-i sərbəst tədavül həcminə malik olmalıdır. 

- Emitentin listinqə müraciəti zamanı xalis aktivlərinin dəyəri ödənilmiş nizamnamə kapitalından az olmamalıdır.

- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı, müstəqil auditor tərəfindən ən azı son 2 (iki) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.

- Emitent öz maliyyə hesabatlarını, fəaliyyətinin əsas istiqamətlərini, ictimaiyyətə mütəmadi olaraq dövrü şəkildə öz veb səhifəsində açıqlamalıdır.

- Emitentin Müşahidə şurası (direktorlar şurası) olmalıdır;

-  Emitentin İnvestorlarla iş üzrə əlaqədar nümayəndəsi və ya müvafiq strukturu olmalıdır

- Emitentin son 2 (iki) maliyyə ilinin ən azı 1 (bir) ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir.

Səhmlərin Standart bazar listinq seqmentinə daxil edilməsi üçün olan tələblər:

- Emitent Açıq Səhmdar Cəmiyyəti olmalı və qiymətli kağızlarının buraxılışını kütləvi təklif üsulu ilə həyata keçirməlidir.

- Emitentin qeydiyyatdan keçmiş və ödənilmiş nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır.

- Emitentin listinqə müraciəti zamanı xalis aktivlərinin dəyəri ödənilmiş nizamnamə kapitalından az olmamalıdır

- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı və müstəqil

auditor tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.

Səhmlərin İnkişaf Bazarı listinq seqmentinə daxil edilməsi üçün tələblər:

Emitent Açıq Səhmdar cəmiyyəti olmalı və qiymətli kağızlarının buraxılışını kütləvi təklif üsulu ilə həyata keçirməlidir.

- Emitentin sərbəst tədavül həcmi ən azı 5% təşkil etməlidir.

- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı və müstəqil auditor tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.

- Emitent qeyri-maliyyə sektorunda (real sektor) fəaliyyət göstərməlidir.

- Emitentin xalis aktivlərinin dəyəri və əməliyyatların pul vəsaitlərinin axını müsbət olmalıdır.

İstiqrazların əsas bazar listinq seqmentinə daxil edilməsi üçün olan tələblər:

- Qiymətli Kağızların buraxılışı kütləvi təklif üsulu ilə həyata keçirilməlidir.

- Ticarət sonrası yerləşdirmə həcmi ən azı 10 000 000 (on milyon) manat olmalıdır.

- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı Müstəqil auditor tərəfindən ən azı son 2 (iki) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.

- Ticarət nəticələri üzrə yerləşdirilmiş həcm ən azı 100 (yüz) investor arasında bölüşdürülməlidir.

- İstiqraz buraxılışı üzrə Birjada market-meykerin təyin olunması emitent tərəfindən təmin edilməlidir. Bu zaman market-meyker fəaliyyəti istiqrazların bütün tədavül müddəti ərzində təmin edilməlidir.

- Emitentin son 2 (iki) maliyyə ilinin ən azı 1 (bir) ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir.

İstiqrazların standart bazar listinq seqmentinə daxil edilməsi üçün olan tələblər:

-  Qiymətli Kağızların buraxılışı kütləvi təklif üsulu ilə həyata keçirilməlidir.

- Ticarət sonrası yerləşdirmə həcmi ən azı 500 000 (beş yüz min) manat olmalıdır.

- Ticarət nəticələri üzrə yerləşdirilmiş həcm ən azı 50 (əlli) investor arasında bölüşdürülməlidir.

- Emitent maliyyə hesabatlarını MHBS tələblərinə uyğun hazırlamalı, Müstəqil auditor tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır.

İş elanları AzVak.az-da

Bakı Fond Birjası BFB listinq qaydaları BFB dəyişikliklər qiymətli kağızların ticarəti listinq və delistinq BFB Əsas bazar BFB Standart bazar BFB İnkişaf Bazarı BFB emitent tələbləri emitent maliyyə hesabatları emitent xalis aktiv BFB səhmlər BFB istiqrazlar BFB sərbəst tədavül BFB kütləvi təklif BFB investor tələbləri delistinq proseduru BFB audit tələbləri MHBS uyğun maliyyə hesabatları kapital bazarı BFB rəsmi sayt BFB qaydalar 2026 BFB emissiya BFB beynəlxalq standartlar
06.04.2026 18:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18