970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"

"İranın hər tərəfində körpülərin və elektrik stansiyalarının yerlə-yeksan olduğunu görəcəksiniz”. "Razılaşma əldə olunması üçün yaxşı şans da var. Hazırda danışıqlar davam edir".
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamına (7 aprelə - red) işarə edərək “Hörmüz boğazı açılmasa, İranın enerji infrastrukturunu və körpülərini hədəf alacağıq” deyib.

Marja.az-ın məlumatına görə, İran tərəfi isə xəbərdarlıq edib ki, ABŞ hücum təhdidlərini həyata keçirərsə, Babül-Məndəb boğazı da bağlanacaq. ABŞ mətbuatına danışan Tramp, İranla razılaşma əldə olunmasa “hər şeyi havaya uçurmağı düşündüyünü” bildirib. İsrail Təhlükəsizlik Kabinetinin isə bu axşam toplanacağı bildirilib.

Reklam_3_11

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran rəhbərliyi tez bir razılaşma əldə etməzsə, İranda “hər şeyi havaya uçurub nefti ələ keçirməyi” düşünür. Tramp "Fox News" telekanalına telefonla verdiyi açıqlamada İranla razılaşmanın baş tutmaması halında ölkəyə qarşı hücum planlarına toxunub.

ABŞ Prezidentinin İranla bağlı olaraq, “Tez bir razılaşma əldə etməzlərsə, hər şeyi havaya uçurmağı və nefti ələ keçirməyi düşünürəm. Ölkələrinin (İranın - red) hər tərəfində körpülərin və elektrik stansiyalarının yerlə-yeksan olduğunu görəcəksiniz” ifadələrini işlədib.

ABŞ-ın Tehran rəhbərliyi ilə razılaşma əldə edə biləcəyi də qeyd olunan xəbərdə, Trampın “Düşünürəm ki, sabah üçün yaxşı şans var; hazırda danışıqlar davam edir” deyib.

Xəbərdə qeyd olunur ki, ABŞ Prezidenti Tramp İranda küçələrə çıxan 45 min müxalifin İran hakimiyyəti tərəfindən öldürüldüyünü iddia edib, bu müxaliflərə dəstək məqsədilə silah göndərdiyini, həmin silahların kürdlər vasitəsilə çatdırıldığını və kürdlərin bu silahları hələ də əllərində saxladıqlarını düşündüyünü bildirib.

ABŞ Prezidenti Donald Tramp İranın bir Amerika təyyarəsini vurmasından sonra sosial media hesabında etdiyi son paylaşımlarda ifadələrini daha da sərtləşdirərək Hörmüz boğazı açılmadığı təqdirdə İrana qarşı böyük hücum başlayacağını vurğulayıb.

Tramp 7 aprelin İranda “Elektrik Enerjisi Stansiyası və Körpü günü” olacağını bildirərək, “Boğazı açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız” xəbərdarlığını edib və paylaşımında “Tanrıya şükür” ifadəsini işlədib.

“Çərşənbə axşamı İranda həm elektrik stansiyalarına, həm də körpülərə yönəlmiş hücumların baş verəcəyi gün olacaq – hamısı bir gündə. Bunun misli-bərabəri olmayacaq! O lənətə gəlmiş boğazı açın, ey ağılsızlar, əks halda cəhənnəmi yaşayacaqsınız – sadəcə izləyin! Allaha şükür olsun.”

ABŞ-ın Bağdad səfirliyi bildirib ki, İrana yaxın iraqlı qruplar dünən gecə ölkədəki ABŞ diplomatik missiyalarına iki ayrı hücum təşkil ediblər.

Açıqlamada son həftələrdə İraq ərazisindən Amerika vətəndaşlarına, qonşu ölkələrə, İraq dövlət qurumlarına və mülki şəxslərə qarşı yüzlərlə hücum həyata keçirildiyi, bu hücumların İraq Kürd Regional Hökuməti daxil olmaqla müxtəlif bölgələrdə baş verdiyi bildirilib.

ABŞ-ın İraq hökumətinə dəfələrlə müraciət edərək Amerika obyektlərinə hücumların dayandırılmasını və qrupların İraq ərazisini hücum məqsədilə istifadə etməsinin qarşısının alınmasını tələb etdiyi qeyd olunub.

Bildirilib ki, İraq hökuməti öhdəliklərini yerinə yetirməzsə, ABŞ öz personalını və obyektlərini müdafiə etməkdən çəkinməyəcək.

Açıqlamada həmçinin İraqdakı ABŞ diplomatik missiyalarına hücumlara görə məsul şəxslərin və ya qrupların kimliyi və ya yerlərinin müəyyən edilməsinə kömək edəcək məlumatlar üçün 3 milyon dollara qədər mükafat veriləcəyi də elan edilib.

05.04.2026 19:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18