Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib
(®) Unibank ölkəmizdə daha bir mühüm tədbirə dəstək olub. IV Vergi və Mühasibatlıq Zirvəsinin əsas dəstəkçiləri siyahısında Unibank da var. “Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbir artıq dördüncü ildir ki, maliyyə, vergi və mühasibatlıq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün mühüm platforma rolunu oynayır.
“Bahalı səhvlər” konsepti ilə təşkil olunan zirvə çərçivəsində sürətlə dəyişən qanunvericilik, maliyyə və vergi riskləri, eləcə də bizneslər üçün ciddi nəticələrə səbəb ola biləcək praktiki səhvlər geniş müzakirə olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, maliyyə mütəxəssisləri, sahibkarlar və akademik ictimaiyyət iştirak edərək aktual çağırışlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.
Zirvə çərçivəsində keçirilən panellərdə maliyyə risklərinin idarə olunması, əmək münasibətlərində uçot məsələləri və vergi riskləri kimi mövzular ekspertlər tərəfindən real təcrübələr əsasında təqdim edilib.
500-dən çox iştirakçını bir araya gətirən tədbir ölkədə maliyyə savadlılığının artırılmasına, biznes mühitində risklərin daha effektiv idarə olunmasına və ümumilikdə iqtisadi inkişafın dəstəklənməsinə mühüm töhfə verir. “Unibank”ın bu kimi təşəbbüslərə verdiyi dəstək isə dayanıqlı və şəffaf biznes mühitinin formalaşmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















