Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb.AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan “Air Serbia” ilə kod-şerinq sazişi imzalayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Marja.az-a verilən məlumata görə, 2026-cı ilin may ayından etibarən Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar “Air Serbia”nın uçuş cədvəlinə uyğun olaraq həftədə iki dəfə həyata keçiriləcək. Kod-şerinq əməkdaşlığı çərçivəsində AZAL-ın “Air Serbia” tərəfindən icra olunan reyslərə yerləşdirdiyi marketinq kodu sərnişinlərə Belqrad–Bakı–Belqrad marşrutu üzrə rahat bron imkanları, çevik səyahət və geniş transfer imkanları təqdim edəcək. Kod-şerinq sazişi çərçivəsində ilk reys 3 may 2026-cı il tarixinə planlaşdırılıb.
Hər iki milli aviadaşıyıcı arasında qurulan bu əməkdaşlıq beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yeni tərəfdaşlıq sərnişinlərə daha geniş istiqamət seçimi, çeviklik, rahat səyahət imkanları və Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda, bu saziş turizm, biznes və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
“Bu əməkdaşlıq nəticəsində sərnişinlər koordinasiyalı xidmətlərdən faydalanacaq, biletləri AZAL-ın satış kanalları vasitəsilə əldə edərək Bakı və Belqrad arasında rahat səyahət imkanına malik olacaqlar. AZAL marşrut şəbəkəsini və strateji tərəfdaşlıqlarını aktiv şəkildə inkişaf etdirməyə davam edir və Şərqlə Qərb arasında əsas regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir”, — deyə Azərbaycan Hava Yollarının Baş kommersiya inzibatçısı Cəmil Mənizadə bildirib.
“Bu kod-şerinq tərəfdaşlığı Serbiya ilə Azərbaycan arasında hava əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək, sərnişinlərə daha çox səyahət seçimi və rahat transfer imkanları təqdim edəcək. Şəbəkələrimizi və təcrübəmizi birləşdirərək həm turizm, həm də işgüzar səfərlər üçün yeni imkanlar yaradır, eyni zamanda ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə veririk”, — deyə “Air Serbia” şirkətinin Kommersiya və strategiya üzrə baş meneceri Boşko Rupiç qeyd edib.
Biletləri yaxın gələcəkdə AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
Azərbaycan Hava Yolları (AZAL) haqqında
AZAL nüfuzlu “Skytrax” təşkilatının “4 Ulduz” reytinqinə sahibdir və dəfələrlə “World Airline Awards” nominasiyasında “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.
Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın “CO₂ Connect” və “IEnvA” proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.
“Air Serbia” haqqında
“Air Serbia” Serbiyanın milli aviadaşıyıcısıdır və Belqradı Avropa, Aralıq dənizi regionu, Şimali Amerika və Asiya üzrə 100-dən çox istiqamətlə birləşdirir. Nyu-York, Çikaqo, Şanxay və Quanqcou istiqamətlərinə uzunməsafəli reyslərdən sonra aviaşirkət 2026-cı ildə beşinci uzunməsafəli marşrutunu – Toronto istiqamətini istifadəyə verməyə hazırlaşır. Həmin il ərzində marşrut şəbəkəsinə əlavə olaraq Santorini, Bakı, Alikante, Sevilya, Tenerife və Tromso şəhərləri də daxil ediləcək.
Milli aviadaşıyıcı kimi “Air Serbia” Serbiyanın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır və turizmin, eləcə də milli iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verir. Bu xüsusilə 2027-ci ildə Belqrad şəhərində keçiriləcək “Expo 2027 Belgrade” beynəlxalq sərgisi ərəfəsində daha böyük əhəmiyyət kəsb edir, çünki aviaşirkət tədbirin “Platinum” tərəfdaşıdır. Həmin ildə “Air Serbia” yaranmasının 100 illiyini qeyd edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 23 d. əvvəl
-
1 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
-
1 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Ən çox oxunanlar
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır
İxracdan ən çox pul qazanan özəl Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər























