İnvestisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədlərinin verilməsi davam edirAzərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb.
Bu barədə Marja.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2026-cı il tarixli Fərmanına əsasən investisiya təşviqi sənədi aşağıdakı strateji istiqamətlər üzrə layihələrə veriləcək:
· Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;
· Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
· Tullantıların idarə olunması və təkrar emalı layihələri;
· Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
· Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;
· 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;
· Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;
· Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;
· Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
· Hərbi təyinatlı məhsulların istehsalı layihələri.
Qeyd olunan istiqamətlər üzrə layihələrin həyata keçirilməsi yerli xammaldan istifadəni artıracaq, idxalın əvəzlənməsinə və qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasına xidmət edəcək. Bu təşəbbüslər dövlət-özəl tərəfdaşlığı modelinin inkişafına, yeni texnologiyaların ölkəyə cəlbinə və sənaye sektorunda innovativ həllərin tətbiqinə əlavə təkan verəcəkdir.
İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 il müddətində Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədi verilmiş layihələr torpaq və əmlak vergisindən, eləcə də texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Eyni zamanda bu layihələr üzrə mənfəət və ya gəlir vergisinə 50% güzəşt edilir.
Qeyd edək ki, investisiya təşviqi mexanizmi ölkəmizdə 2016-cı ildən tətbiq olunur. Bu günədək 527 sahibkarlıq subyektinə 632 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş 550-dən artıq layihə fəaliyyətə başlayıb, digər layihələrin qurulması üzrə işlər davam etdirilir. İndiyədək 1,4 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6497 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 337,9 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.
Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya KOB evlərinə (Bakı, Gəncə, Xaçmaz, Yevlax şəhərləri) müraciət edə bilərlər.
İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri və təşviq sənədini almaq üçün lazım olan sənədlər barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 131 Çağrı Mərkəzinə müraciət etməklə ətraflı məlumat əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
13 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
18 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
19 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
19 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
19 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ






.jpg)
.jpg)









.jpg)
